"AZAL Miles"dən Gold və Platinum sahiblərinə şad xəbər
29 SENTYABR 2016
436

"AZAL Miles"dən Gold və Platinum sahiblərinə şad xəbər

AZAL Miles proqramının Gold və Platinum statuslu iştirakçılarına əlavə üstünlüklər verilib. “Azərbaycan Hava Yolları” QSC-dən fins.az-a verilən məlumata görə, artıq AZAL Miles bonus proqramının Gold və ya Platinum statuslu bütün iştirakçıları ailəsinin iki üzvü - bir böyük və 16 yaşına çatmayan uşaqla birgə Business Class Lounge gözləmə zallarından istifadə edə biləcəklər.

Bunun üçün əvvəlki kimi iştirakçı kartını, həmçinin minik talonunu təqdim etmək lazımdır.

Bu qayda Azərbaycanın hava limanlarında "Azərbaycan Hava Yolları"nın bütün beynəlxalq reyslərinə şamil edilir.

Qeyd edək ki, bundan öncə Business Class Lounge gözləmə zallarına girişdən bilavasitə yalnız Gold/Platinum kartının sahibinin özü yararlana bilərdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır