Rusiyadan Azərbaycana yeni aviareys – 26 AZN
29 SENTYABR 2016
1141

Rusiyadan Azərbaycana yeni aviareys – 26 AZN

Rusiyanın "Aeroflot" Şirkətlər Qrupuna daxil olan "Pobeda" aviaşirkəti (loukoster) Rostov-Don şəhərindən yeni beynəlxalq reyslər üzrə - Bakı (Azərbaycan) və Tbilisiyə (Gürcüstan) biletlərin satışına başlayıb. Şirkət yeni marşrutlar üzrə qış cədvəli üzrə biletlərin 30%-ni minimal tariflə - 999 rubla (təxminən 26 manat) təklif edilib. Bu məbləğə bütün rüsum və yığımlar daxildir.

Qeyd edilir ki, "Pobeda"nın təyyarələri Rostov hava limanından Bakıya oktyabrın 30-dan etibarən həftədə 4 dəfə, Tbilisiyə isə 1 noyabr tarixindən həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.

Aviaşirkət payızda Həştərxan, Volqoqrad, Vladiqafqaz və Nalçikə də reyslərə başlayır, Sankt-Peterburqdan uçuşların sayını isə iki dəfə artırmağı planlaşdırır. Bundan başqa, Yekaterinburqdan Krasnoyarsk və Novosibirska da reyslər açılacaq.

Xatırladaq ki, bu ilin iyulunda "Pobeda"nın artıq payıza qədər Rostovdan Bakı, Yerevan, Tbilisi və Samaradan Almatıya bilet satışına başlayacağı haqqında xəbər yayılmışdır.

Şirkətin istismarında "Boeing-737-800" (aviaparka 12 təyyarə daxildir, orta yaş - 1 il) tipli təyyarələr var.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır