Ruslar Türkiyəyə xarici pasportsuz gedə biləcəklər – YENİ QAYDA
29 SENTYABR 2016
561

Ruslar Türkiyəyə xarici pasportsuz gedə biləcəklər – YENİ QAYDA

Rusiya ilə Türkiyə arasında gediş-gəliş prosedurunun asanlaşdırılmasına dair saziş hazırlanır. 

Antalya Ticarət-Sənaye Palatasının təşəbbüsünə əsasən, Rusiya vətəndaşları xarici pasport olmadan Türkiyəyə səfər edə biləcəklər. 

Yəni, səfərlər üçün Rusiya daxilində istifadə olunan pasport (şəxsiyyət vəsiqəsi) kifayət edəcək. 

Türkiyənin turizm zonalarında fəaliyyət göstərən alış-veriş mərkəzlərinin üzərinə rus rublu qəbul etməyə öhdəlik qoyula bilər.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır