"Pegasus" Azərbaycana uçuşları dayandırdı
04 OKTYABR 2016
3368

"Pegasus" Azərbaycana uçuşları dayandırdı

Türkiyənin aşağıbüdcəli "Pegasus" aviaşirkəti Azərbaycandan uçuşları dayandırıb. Bu barədə  fins.az-a aviaşirkətdən bildirilib. Məlumata görə, Qəbələ-İstanbul və əks istiqamətə uçuşlar sentyabr ayının 30-dan etibarən dayandırılıb.Şirkətdən tam olaraq səbəb açıqlanmasa da, uçuşların mövsümü xarakterli olduğu üçün dayandırıldığı bildirilib. "Pegasus"dan o da bildirilib ki, Azərbaycana yeganə olaraq Qəbələdən uçuşlar mart ayında yenidən bərpa ediləcək.

 Qeyd edək ki, aviaşirkət  2016-cı ilin mart ayından etibarən Qəbələdən uçuşları bərpa etmişdi. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır