«AZAL»dan Türkiyə, İran və Ukraynaya – UCUZ UÇUŞLAR
04 OKTYABR 2016
3077

«AZAL»dan Türkiyə, İran və Ukraynaya – UCUZ UÇUŞLAR

«AzalJet» şirkəti Ukrayna Türkiyə Gürcüstan və İrana  ucuz reyslər başlayıb. «AzalJet»dən fins.az-a verdiyi məlumata görə, reyslə gediş-gəliş qiyməti 196 manatdır. Kampaniyanın müddəti may ayına qədər davam edəcəyi bildirilir. Şirkətdən bildirilib ki, artıq noyabr ayına olan biletlər satılıb. Dekabrda isə bayram günləri istisna olmaqla qalan tarixlərə hələlik bilet var. Həmçinin yanvar ayında ayın əvvəli istisna olmaqla qalan günlərə bilet var. 

Tək gediş və ya tək dönüşün qiyməti 108 manatdır. Dekabr, yanvar, mart, aprel və digər aylara indidən bilet almaq olar. Bayram günləri kompaniyaya daxil deyil. Qiymətlər belədir: 

Bakı - Kiev - Bakı - 196 AZN

Bakı - Ankara - Bakı - 196 AZN

Bakı - İstanbul - Bakı - 196 AZN

Bakı - Minvod - Bakı - 196 AZN

Bakı - Tehran - Bakı - 196 AZN

Bakı - Tiflis - Bakı - 196 AZN

Qiymətə daxildir: 10 kq çəkisiolanəlbaqajı,təyyarədə qidalanma.Məlumat üçünbildirəkki,bileti qaytarmaq və dəyişdirmək mümkün deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır