ABŞ aviareysləri təxirə salıb – AZAL-DAN AÇIQLAMA
06 OKTYABR 2016
715

ABŞ aviareysləri təxirə salıb – AZAL-DAN AÇIQLAMA

ABC News”-un verdiyi xəbərə görə ABŞ-ın Florida ştatında “Metyu” qasırğası ilə əlaqədər olaraq 2500 aviareys təxirə salınıb. Bildirilir ki, qaydaya əsasən hava limanları küləyin sürəti saatda 50 kilometrə çatdığı halda uçuş-enmə zolağı bağlanır. Meteoroloji proqnozlara əsasən Florida ştatında qasırğa ilə əlaqədar küləyin sürəti 3 dəfə artacaq. Bununla əlaqədar şirkətlər uçuşları dayandırıb. Təyyarələr artıq təhlükəsiz regionlara daşınıb. Lakin heyət sutkalıq iş rejimində işləyəcək. Məhdudiyyət oktyabrın 8-dək qüvvədə qalacaq. Həmçinin yaxınlaşmaqda olan qasırğa ilə əlaqədar Florida ştatının rəhbərliyi əhalini nisbətən təhlükəsiz yerlərə evakuasiya edildiyini bildirib.

Məsələ ilə bağlı Azal-ın mətbuat xidməti ilə əlaqə saxladıq. Fins.az-a verilən məlumata görə Bakıdan yalnız Nyu-Yorka aviareyslər olduğundan Florida ştatında baş verən qasırğanın Azərbaycandan ABŞ-a uçan reyslərə təsiri olmayıb.

Qeyd edək ki, Nyu-Yorka aviareyslər həftənin 1,2 və 6-cı günləri uçur. Son təyyarə reysi isə bu gün səhər 05:00-da baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır