Dünyanın ən təhlükəsiz aviaşirkətləri elan edildi
07 OKTYABR 2016
1128

Dünyanın ən təhlükəsiz aviaşirkətləri elan edildi

AirlineRatings beynəlxalq portalı özünün “Dünyanın ən təhlükəsiz aviaşirkətləri” adlı illik reytinqini təqdim etdi.

Reytinq tərtib edilərkən seçimdə 407 operator iştirak edirdi. Reytinqin qalibləri aşağıdakı aviaşirkətlərdir (əlifba sırası ilə).

  • American Airlines;
  • Alaska Airlines;
  • All Nippon Airways;
  • Air New Zealand;
  • Cathay Pacific Airways;
  • Emirates;
  • Etihad Airways;
  • EVAAir, Finnair;
  • Hawaiian Airlines;
  • Japan Airlines;
  • KLM;
  • Lufthansa;
  • Scandinavian Airline System;
  • Singapore Airlines, Swiss;
  • United Airlines;
  • Virgin Atlantic;
  • Virgin Australia.

Bundan əlavə, AirlineRatings ən təhlükəsiz loukostların da siyahısını tərtib edib. Şirkətlər burada da əlifba qaydası ilə göstərilib.

  • Aer Lingus;
  • Flybe;
  • HK Express;
  • Jetblue;
  • Jetstar Australia;
  • Thomas Cook;
  • TUI Fly;
  • Virgin America;
  • Volaris;

Reytinq təşkil edilərkən agentliyin nümayəndələri aviaşirkətlərin pilotlarının uçuş tarixçəsi, dövlət yoxlamalarının olması və s. kimi açar mövqeli göstəricilərə əsaslanır. AirlineRatings portalının verdiyi məlumata görə, ümumilikdə keçən il, dünya aviasiyası tarixində ən təhlükəsiz il oldu.

AirlineRatings-ə görə, uçuşların təşkilində düzəlişlər etməli olan şirkətlər isə aşağıdakılardır:

  • Batik Air;
  • Bluewing Airlines;
  • Citilink, Kal-Star Aviation;
  • Lion Air;
  • Sriwijaya Air;
  • TransNusa;
  • Trigana Air Service;
  • Wings Air;
  • Xpress Air.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır