Nəhəng təyyarə otel oldu
10 OKTYABR 2016
617

Nəhəng təyyarə otel oldu

Çinin HNA Aviation Group şirkəti ilk Boeing 787 Dreamliner təyyarə-otelini təqdim edib. Təyyarə şəxsi sifariş əsasında 324 milyon dollara hazırlanıb.

Laynerin tikintisinə 2,5 il vaxt gedib. Yeni biznes-cet 40 nəfər üçün nəzərdə tutulub. Təyyarədə mikroblara qarşı filtrlərlə xüsusi hava təmizləyicisi quraşdırılıb. Burada bir neçə səs-izolyasiyalı yataq otağı, qarderob, qonaq otağı və kinoteatr nəzərə tutulub. Əsas yataq otağında ikinəfərlik yataq, mərmərdən vanna otağı, kabinet və nahar otağı var. Xidmət personalı üçün birinci klass qatlanan kreslolarla ayrıca otaq nəzərdə tutulub. Laynerin ümumi ərazisi 223 kvadrat metrdir.

Mənbə:buro247.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI