Turist 46 dəqiqəyə 5,5 min dollar cərimələndi – DUBAYDA
14 OKTYABR 2016
1114

Turist 46 dəqiqəyə 5,5 min dollar cərimələndi – DUBAYDA

Birləmiş Ərəb Əmirliklərində yol qaydalarını 1 gündə 24 dəfə pozan amerikalı turist yaxalanıb. Fins.az-ın xarixi KİV-lərə istinadən verdiyi məlumata görə, qayda pozuntularından 22-si 46 dəqiqə ərzində baş verib və turistə xeyli baha başa gəlib. 

Belə ki, Conatan Bill adlı texaslı turist sürət həddi maksimal 120 kilometr qoyulan yolda şəxsi avtomobili ilə 130-150 kilometr sürətlə hərəkət edib. Və buna görə 5,5 min dollar cərimə ödəməli olub. 
Conatan Bill özü isə bu qədər qaydanı pozduğundan əmin deyil. "Mən eyni vaxtda iki yerdə radara düşə bilmərəm. Mənə elə gəlir ki, burada videokameralar görüntüləri yanlış qeydə alıblar" — deyə Dubay və Əl-Ayn şəhərləri arasında hərəkət edərkən yol polisinin müşahidə kameralarına düşən turist bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır