Krıma gələn turistlərdən rüsum alacaqlar
14 OKTYABR 2016
497

Krıma gələn turistlərdən rüsum alacaqlar

Krım hakimiyyəti “kurort vergisinin tətbiqi” ideyasını irəli sürür. Fins.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu haqda Krimın başçısı Serqey Aksenov deyib. “Hesab edirem ki, hər turistdən birdəfəlik məbləğ götürmək lazımdır. Zənnimcə, 50 rubl (təxminən 1 AZN) kifayət edər. Nəticədə, Krımın büdcəsi yeni vergidən ildə 450-500 milyon rubl (11-12 mln. AZN) qazanacaq”. Turizm naziri Serqey Strelbitskiyin sözlərinə görə, vergi 300 rubldan çox olmamalıdır.

Xatırladaq ki, Krımda kurort vergisi Sovet vaxtları da tətbiq olunub. 1983-cü ildə kurort vergisi 3 rubl təşkil edirdi, 2003-cü ildə isə 5 qriven.

Belə bir rüsumun Azərbaycanda tətbiq olunması ideyasına gəlincə, Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov  bu fikrin araşdırmaya və hesablamalara ehtiyacı olduğunu bildirib: Bununla bağlı ekspertlərlərin rəyini öyrənmək lazımdır: Ekspertlər bu rüsumun necə tətbiq edilməsinə aydınlıq gətirməlidir. Yəni, rüsumun bütün turistlərə, yoxsa, ancaq xarici turistlərtə tətbiqi müzakirə edilməlidir: Fikrimcə, həmin vəsait yeni turizm zonalarının yaradılması üçün xərclənəcəksə, çox yox, Krımdakı kimi, cüzi rüsum tətbiq etmək mümkündür. Rüsumun böyük olması əlverişli deyil, çünki onsuz da o qədər də böyük olmayan turst axına mənfi təsir göstərə bilər".  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır