“Qafqaz Resort” müştərilərini başqa otelə köçürdü
17 OKTYABR 2016
813

“Qafqaz Resort” müştərilərini başqa otelə köçürdü

Qəbələdə yerləşən “Qafqaz Resort”  oteli sel basıb. Buna səbəb yağıntıların leysan xarakter alması olub. Nəticədə otelin birinci mərtəbəsini və kottecləri selin gətirdiyi palçıq pis vəziyyətə salıb. Qeyd edək ki, hadisə 16 oktyabrda baş verib. Oteldən bildirdilər ki, hazırda təmizlik işləri aparılır. Ancaq istirahət mərkəzinə dəymiş zərərin miqdarı bəlli deyil. Otel rəsmisi müştərilərin bir hissəsinin yaxınlıqda yerləşən “Riverside” otelinə digər bir hissəsinin isə “Qafqaz Resort”-un yaxınlıqda yerləşən başqa binasına köçürülüb. Hadisə zamanı istirahət mərkəzində ən azı 50 müştərinin olduğu bildirilir. Oteldən həmçinin o da bildirildi ki, təxliyyə olunan bəzi müştərilərin ödədikləri pullar geri qaytarılıb. Təmizlik işlərinin nə vaxt bitəcəyi bəlli deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır