Naxçıvanda Türkiyənin ən böyük turizm şirkəti fəaliyyətə başlayıb
17 OKTYABR 2016
769

Naxçıvanda Türkiyənin ən böyük turizm şirkəti fəaliyyətə başlayıb

Türkiyənin ən böyük turizm şirkəti olan “Metro Turizm Səyahət Təşkilatı” şirkəti muxtar respublikada fəaliyyətə başlayıb.

Fins.az xəbər verir ki, sərnişindaşımada müasir avtobuslardan istifadə edən şirkət gündə 7 dəfə qonşu Türkiyənin müxtəlif şəhərlərinə və əks istiqamətdə reyslər təşkil edəcək.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin “Metro Turizm Səyahət Təşkilatı” şirkəti ilə razılaşmasına əsasən, gündə bir avtobus da Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərinə yola düşəcək.

Naxçıvan avtovağzalından hərəkət edəcək avtobuslar üçün yerlər ayrılıb. Həmçinin burada şirkətin ofisi açılıb, bilet satış təşkil edilib.

Qeyd edək ki, muxtar respublikada Türkiyəyə məxsus digər bir şirkət olan “İğdırlı Turizm” firması da qonşu ölkəyə və əks istiqamətdə sərnişindaşıma xidməti həyata keçirir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır