Azərbaycandan İraqa təyyarə reysi açılacaq
19 OKTYABR 2016
440

Azərbaycandan İraqa təyyarə reysi açılacaq

Bakıda Azərbaycan Respublikası və İraq Respublikasının aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Görüş konstruktiv və dostluq şəraitində keçib. Danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və Azərbaycan və İraq arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. 

Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər. 

İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə  tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır