Four Seasons Hotel Baku dünyanın ən yaxşı otellərindən biri seçildi
19 OKTYABR 2016
1352

Four Seasons Hotel Baku dünyanın ən yaxşı otellərindən biri seçildi

Bu gün Condé Nast Traveler sayca 29-cu Oxucuların Seçimi Mükafatının (Reader’s Choice Awards) nəticələrini elan etdi - Four Seasons Hotel Baku 95.50 xal ilə Cənubi Asiyanin  Ən Yaxşi Otelləri,  Bakı/Cənubi Asiya (“Top Hotels In Southern Asia, Baku/Southern Asia”) nominasiyasında qaliblər siyahısındadır. 

Four Seasons Hotel Baku heyəti, Azərbaycanda ilk dəfə otellər arasında , Condé Nast Traveler’s 2016 Readers’ Choice Award 2016 mükafatının qalibi olmasına görə qürur duyur.

300,000-dən artıq oxucu – keçən il ilə müqayisədə təxminən iki dəfə çox – 8.4 dəqiqəlik  sorğu ilə 7,394 otel, 606 şəhər, 500 kruiz gəmisi, və 236 ada üçün səslər toplanıb. Nəticə nə olub? Dünyanın 1,402 ən yaxşı səyahət təcrübəsi vurğulanıb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır