Drakulanın qəsrində gecələmək üçün unikal imkan
19 OKTYABR 2016
468

Drakulanın qəsrində gecələmək üçün unikal imkan

Mənzil bronu ilə məşğul olan Airbnb saytı turistlərə və mistika pərəstişkarlarına Hellouin bayramını Drakulanın qəsrində keçirmək imkanı verir.

Rumıniyadakı bu qəsrdə 1948-ci ildən heç kim gecə keçirməyib. Lakin Airbnb.com saytının keçirdiyi müsabiqənin qalibi əfsanəvi vampirin qəsrində Hellouində gecə keçirə biləcək. Müsabiqənin şərtləri belədir. İştirakçılar Drakulanın Bran qəsrində onların boynuna nəfəs aldığı zaman nə deyəcəklərini təsəvvür etməlidirlər. Yetkinlik yaşına çatmış iştirakçılardan cavablar oktyabrın 26-na qədər qəbul ediləcək.

Drakulanın qəsrində gecələmək üçün unikal imkan
Drakulanın qəsrində gecələmək üçün unikal imkan

Müsabiqənin qalibi və yoldaşını Drakulanın qəsrinə karetdə aparacaqlar. Orada onları "Drakula" romanının müəllifi Brem Stokerin nəslinin nümayəndəsi Deykr Stoker qarşılayacaq. Daha sonra qaliblər üçün bəzədilmiş zalda şam yeməyi təşkil olunacaq və onlara zirzəmidəki məxməri tabutda yatmaq təklif olunacaq. Əgər tabutda yatmaq istəməsələr, qonaqları onlar üçün hazırlanan yataq otağına yola salacaqlar.

Qonaqlar bir neçə qaydaya əməl etməli olacaqlar. Evə sarımsaqla və gümüşü bəzək əşyalarında girmək, eləcə də əşyaları xaç şəklində qatlamaq və selfi çəkdirmək olmaz.

Mənbə:buro247.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI