XƏBƏR

Roma Papasının iqamətgahı muzey olacaq
20 OKTYABR

Roma Papasının iqamətgahı muzey olacaq

Oktyabrın sonunda Roma Papasının İtaliyanın Kastel-Qandolfo şəhərində yerləşən yay iqamətgahı turistlərin üzünə açılacaq.

Əfsanəyə görə, Romanın bünövrəsini qoyan Romul və Rem qardaşları məhz Kastel-Qandolfo şəhərciyində dünyaya gəliblər. 16-cı əsrin sonunda şəhər Roma katolik kilsəsinin nəzarətinə keçib. Kastel-Qandolfodakı apostol sarayı 1698-ci ildə memar Karlo Madernonun layihəsi üzrə tikilib. Papa 7-ci Urban interyerin tərtibatında şəxsən iştirak edib. Əvvəlki papalardan fərqli olaraq Papa Fransisk orada demək olar ki, olmayıb. 2015-ci ildə isə o, inanclıları həddindən artıq istismarçılıqdan və gedonizmdən imtina etməyə çağırmışdı, bunun ardınca isə o, özü də yay iqamətgahından imtina edib.

Papanın sarayına park, kitabxana, kiçik kilsə, kabinet, şəxsi katiblər üçün məkan, İsveçrə qvardiyaçıları salonunu, kardinallar kollegiyasının toplantıları üçün Konsistoriya zalı və Papanın yataq otağı daxildir.

Roma Papasının iqamətgahı muzey olacaq
Roma Papasının iqamətgahı muzey olacaq

Mənbə: buro247.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI