Turistlər qara lentlə gəzəcək
21 OKTYABR

Turistlər qara lentlə gəzəcək

Tailanda gələn turistlərə qara lentlər veriləcək.

Bu barədə baş nazirin müavini Tanasak Patimaprakorn ölkənin turizm və idman nazirliyinə müvafiq tapşırıqlar verib. Bildirilir ki, Tailanda gələn turistlərə qara lentlər və matəm zamanı davranış haqda tövsiyələr qeyd edilən broşürlər veriləcək.

Xatırladaq ki, oktyabrın 14-də kral Pxumipon Adulyadetin ölümü ilə əlaqədar Tailandda matəm elan edilib.

Mənbə: Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır