“Türk Hava Yolları”nın baş direktoru vəzifəsindən uzaqlaşdı
21 OKTYABR

“Türk Hava Yolları”nın baş direktoru vəzifəsindən uzaqlaşdı

"Türk Hava Yolları" aviaşirkətinin baş direktoru istefa verib.

Fins.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, Temel Kotil açıqlamasında onun rəhbərliyi dövründə görülən işlər barədə hesabat verib və şirkət heyətindən halallıq istəyib.

İstefasının səbəbini isə yeni vəzifə təklifi ilə əlaqələndirib. O hava və kosmos texnologiyaları ilə bağlı işlə məşqul olacağını söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır