Cənub bölgəsində 7 hotel tikilir
24 OKTYABR

Cənub bölgəsində 7 hotel tikilir

Cənub bölgəsinin mövcud turizm infrastrukturunun inkişafı bölgədəki rayonlar arasında qeyri-bərabər səviyyədədir.

Fins.az-ın verdiyi məlumata əsasən, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallıda “Cənub bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən regional müşavirədə söyləyib. 

Nazirin dediyinə görə, Lənkəranda 17, Masallıda 15, Astarada 2, Cəlilabadda 1, Yardımlıda 2, Biləsuvarda 2, Salyanda 1, Lerikdə 4, Neftçalada 1 qeydiyyatdan keçmiş mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. 

"Hazırda Lənkəranda 2, Astarada 3, Yardımlıda 2 hotel tikilməkdədir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır