Dəhşət və şənlik bayramı – HALLOWEEN
26 OKTYABR

Dəhşət və şənlik bayramı – HALLOWEEN

Qərb aləminin bütün dünyaya yaydığı adətlərdən biri də «Hellouin bayramı»dır. Hər il oktyabrn 31-də dünyanın əksər ölkələrində dəhşət və gülüş simvolu olan bu bayram qeyd edilir. Bəs Hellouin bayramı harada və necə yaranıb. Fins.az əsas simvolu balqabaq olan Hellouin bayramının tarixini təqdim edir. 

Hellouin (Halloween) bayramı İrlandiya və Şotlandiya keltlərinin qədim adət-ənənələrinə bağlı Balqabaqlar Bayramı hesab edilir. 20 ci əsrin əvvəllərindən isə qloblizasiya və amerikanizasiya nəticəsində bu bayram  Amerika, Avropa və MDB ölkələri ərazisində yayılmağa başlayıb.

Hellouin sözünə əsasən 16 cı əsrdə Şotlandların All-Hallows-Even (even-evening) sözünün qısalmış forması kimi rast gəlinir və «Bütün müqəddəslərin axşamı» mənasını verir. Ehtimala görə, bayramın 31 oktyabrda keçirilməsinə səbəb xristianlarda həmin gün müqəddəslərin günü hesab edilməsidir.

Lakin bir çox tarixçilər bunu keltlərin Samayn (Samhain) bayramı ilə əlaqələndirir. Bu bayram məhsul yığımının son günü olaraq qeyd olunurdu. Sonradan bu bayramı İrland xristianları  müqqəddəslərin bayramı gününə keçirirlər. Şotlandiyada Hellouin bayramının simvolu turp hesab edilirdi.  Lakin Amerikada onu daha ucuz başa gələn balqabaqla əvəz etdilər. 

Simvolların tarixi

Bayramın bir çox simvollarının uzun tarixi var. Bir sıra ölkələrdə qara qüvvələrin rəmzi olan müxtəlif şəkillər - hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir. Marketlərdə bayramın rəmzlərinə bənzəyən oyuncaqlar, uşaqların və gənclərin həmin gün geyinərək şənlənəcəyi nağıl qəhrəmanlarının xüsusi kostyumları, maskalar satılır.  Şirniyyatlar Hellouinin rəmzləri şəklində qablaşdırılaraq satışa qoyulur. 

Hellouin dünyanın müxtəlif ölkələrində

Yaponiya

Yaponiyada bayram ərzində  hətta küknar ağacı da bəzədilir. Oktyabrın 31-də noyabrın 1-nə keçən gecə müxtəlif qorxulu paltarlar, geniş populyarlıq qazanmış  anime və cizgi qəhrəmanlarının uniformalarını geyinmiş, maskalar taxmış gənclər səhərə qədər şənlənirlər.

Meksika

Katolik ölkələrdə isə “Əzizlər və Ruhlar Günü” olaraq qeyd olunan bu günün Meksikada heç bir ölkədə olmadığı qədər xüsusi bir yeri vardır. 31 oktyabr gecəsi başlayan və Meksikada “Ölülər Bayramı” olaraq qeyd olunan bu bayram, tam 3 gün davam edir və ölkənin ən əhəmiyyətli bayramı kimi qeyd olunur. Bu çox xüsusi 3 gün - 31 Oktyabr gecəsi mələklərə çevrildiyi düşünülən körpə və uşaq ölülərin evlərini ziyarət etmələriylə başlayır.

1 Noyabrda isə yetkin ölülər evlərinə dönərlər və onlar üçün hər bir meksikalı ailə, öz boyu və kisəsinə görə yeməklər hazırlayıb, süfrələr bəzəyərlər. Ailəcə yeyilən yeməklərdən sonra 2 Noyabra qədər bütün bu sevilən və darıxılan ölülər yavaş-yavaş gəldikləri yerə dönərlər.

Bayramın simvolları

Cek fənəri

Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Bu zaman  onlar əllərində Cek fənərlərini tuturdular. Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada turpdan hazırlanan Cek fənəri balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.

Musiqi

Digər bayramlar kimi, Hellouinin də öz tanınmış mahnıları və mövzulu musiqisi var. ABŞ pop müğənnisi Bobbi Pikketin "Monster Mash" mahnısı musiqi tənqidçilərinin fikirlərinə görə, Hellouinin özünə məxsus himnidir. Digər bir məşhur mahnı Denni Elfmanın Milad Gecesi Kabusu filminə yazılmış "This is Halloween" mahnısı sayılır.

Kostyumlar

Hellouin kostyumu ilk dəfə 1895-ci ildə Şotlandiyada qeydə alınıb. 2005-ci ildə araşdırmalara görə, ABŞ-da bu bayramı qeyd edənlərin yarıdan çoxu Hellouin paltarlarına adambaşına 38 dollar xərcləyirdilər. Kostyum satışından ümumi gəlirlər 2005-ci ildə 3,3 milyard, 2006-cı ildə isə 4,96 milyard dollar  təşkil edib. Hər il bayram kostyumları dəyişir, nağıl qəhrəmanlarının geyimlərini dünya məşhurlarının obrazlarına parodiya kimi görünən kostyumlar əvəzləyir.

Şirniyyat istəmək

Hellouin bayramı zamanı uşaqlar cin və ya cadugər paltarında qapı-qapı gəzib şirniyyat yığır, ev sahibləri heç nə verməyəndə, onlara hədə-qorxu gəlirlər. Şirniyyat istəmək və müxtəlif geyimlərdən başqa, Hellouin bəzi xüsusi oyunlar və falçılıq ilə bağlıdır.

Hellounin dünyada qeyd edilməsi və regional fərqlilikləri

Hellounin Amerika Birləşmiş Ştatları və Kanada da XIX əsrdən fəal qeyd olunması, ABŞ mədəniyyətinin güclü təsiri altında dünyada yayılmasına səbəb oldu. Lakin bu bayramın bəzi regional fərqliliklər var. Məsələn, İrlandiyada bayramda genişmiqyaslı fişəng və tonqalların təşkil etməsi adət olsa da, Şotlandiyada bu adət keçirilmir. Kelt nəsilli ölkələr xaricində, bayram mədəni və ya ritualdan daha çox kommersiya məqsədi daşıyır. Yaponiyada Hellouinin şərəfinə illik festival paradları təşkil olunur. Ölkənin ən təntənəli tədbirləri Kavasaki şəhərində qeyd olunur — hansı ki, Yaponiyada Hellouinin ən qədimi keçirilən yeri sayılır.

Hellouin Azərbaycanda

Azərbaycanda Hellouin ekzotik və mübahisəli bayram sayılır. Bayrama qarşı vəziyyət tədricən dəyişir — Azərbaycanda Hellouin ictimai tədbirlərə daxil edilir

Dinlə əlaqəsi

İslam

2014-cü ildə Malayziyanın Ali Dini qurumu olan Milli Fətva Şurası Hellouinin xristian bayramı olduğunu xatırladaraq, bayram mərasminin ölüm və ölülər mövzusuna kökləndiyini, bunun “Islam təlimlərinə qarşı” olduğunu görə bayramı qadağan edib. Həmin ildə İordaniya krallığın Daxili İşlər Nazirliyinin açıqlamasında “Hellouin” bayramının qərb mədəniyyətinin tərəfdarları və əleyhdarları arasında gərginliyə və qarşıdurmaya səbəb olduğundan bayramı qadağan edib.

Xristianlıq

Yehovanın Şahidləri kimi bəzi Xristian dini təşkilatları Hellouin bayramını qeyd etmirlər, çünki onları Tanrıya məqbul olmayan, kökünün isə bütpərəstliyə söykəndiyi hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır