Avropada 380 aviareys təxirə salınıb
27 OKTYABR

Avropada 380 aviareys təxirə salınıb

Almaniyanın “Lufthansa” aviaşirkətinin törəməsi olan “Eurowings” və “Germanwings” aviaşirkətlərinin təxminən 380 aviareysi təxirə salınıb.

Aviareyslərin təxirə salınmasına səbəb təyyarə bələdçilərinin oktyabrın 26-dan 27-nə keçən gecə başlayan tətili olub. Tətilin 24 saat davam etdirilməsi planlaşdırılıb. Bələdçilərin tətili əmək şəraitinin yaxşılaşdırılması və əmək haqlarının artırılması tələbi ilə bağlıdır.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır