Diskriminasiyaya son: Airbnb yeni qaydalar tətbiq etdi
01 NOYABR

Diskriminasiyaya son: Airbnb yeni qaydalar tətbiq etdi

Airbnb yaşayış məkanı icarəsi servisi bu gündən etibarən yeni qaydalar tətbiq edəcək. Bu qaydalar istifadəçilərin bir-birinə qarşı diskriminasiya və qeyri-obyektivliyini aradan qaldırmağa yönəlib.

Yeni şərtlərə görə, ev sahibləri və qonaqlar bir-birinə bərabər münasibət və cinsi, milliyəti, seksual orientasiyası və ya ailə vəziyyətindən asılı olmayaraq hörmətə zəmanət verməlidirlər. İndi ev sahibləri qonaqlara onların cinsi, milliyəti, məhdud imkanları səbəbindən icarə verməmək hüququna sahib deyillər.

Eləcə də, yeni qanuna görə Nyu-York sakinləri yaşayış məkanını qısa müddətli icarəyə verə bilməzlər. "Bu qanun layihəsi inkişaf edən otel sənayesinin maraqlarına uyğundur və 10 min Nyu-York sakininin fikirlərini nəzərə almır", - deyə Airbnb bu qanuna münasibət bildirib.

Nyu-York sakinlərinə bir və ya bir neçə otağı özləri bu zaman ərzində orada yaşamaqları şərtilə 30 gün müddətinə icarəyə vermək icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır