Azərbaycanlılar ən çox hara uçurlar? – AÇIQLAMA
03 NOYABR

Azərbaycanlılar ən çox hara uçurlar? – AÇIQLAMA

Bu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 265 min sərnişinə xidmət göstərib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur. Fins.az Hava Limanının mətbuat xidmətinə istinadən bildiri ki, bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 12,9 milyon ton yük daşınıb. 

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 45 faizi onların payına düşür. 

2016-cı ildə Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komaviatrans aviaşirkətləri, həmçinin "Pobeda" loukosteri Bakıya uçuşlara başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır