Həftəsonu hara gedək? – TURLAR, QİYMƏTLƏR
03 NOYABR

Həftəsonu hara gedək? – TURLAR, QİYMƏTLƏR

İş həftəsinin  sonuna yaxınlaşırıq, istirahət vaxtı gəlir. Fins.az ənənəvi olaraq öz oxucularına həftə sonunu maraqlı keçirmək üçün  variantları – turlar və maraqlı tədbirləri təklif edir.

Əgər bu həftəsonunu övladlarınızla şən və əyləncəli  keçirmək istəyirsizsə, şənbə və bazar günü nümayiş olunan uşaq tamaşalarına baxa bilərsiz.

Tamaşalar

Gənc Tamaşaçılar Teatrında şənbə günü saat 12-də “Repka haqqında nağıl”nümayiş olunacaq. Tamaşaya biletin qiyməti 3 manatdır.

Digər bir tamaşa isə Azərbaycan Kukla teatrında nümayiş olunacaq. Nümayiş saat 12-də  və 14-də  olunacaq. Saat 16-da isə “Kolobok”tamaşası nümayiş olunacaq. Tamaşalara biletin qiyməti 3 manatdır.

"Kids Art"

"Kids Art"  Uşaqların İnkişaf Mərkəzin uşaqlar üçün xüsusi dərslər keçiriləcək. Dərsdə uşaqlar interaktiv kitab hazırlayacaq və balaca “Pepli donuz balası” üçün ev quracaqlar. Dərslər 11:00 və 12:30 keçiriləcək. 

Proqram bir neçə gün üçün nəzərdə tutulub. Bir dərsin qiyməti 8 manatdır. Proqramda iştirak edən uşaqlar məntiqi düşünmək kimi xüsusiyyətlərə yiyələnəcəklər.  "Kids Art"  Uşaqların İnkişaf Mərkəzi  “Megafan”ın 3 cü mərtəbəsində yerləşir.   

Sirk

 Bakı sirkində yeni beynəlxalq proqram ”İntersirk -3” proqramı ilə müxtəlif ölkələrin sirk ustaları çıxış edəcəklər. Sirkdə Çili, Rusiya, İtaliya, Belarusiya, Qvatemala  və Ukraynadan olan sirk ustalarının çıxışı olacaq.

İlk dəfə olaraq Bakı səhnəsində İtaliyadan olan sirk ustalarının pələnglə nömrələri nümayiş olunacaq. Həmçinin, proqrama illuzuyaçıların, ev heyvanlarının nömrələri və şən klounların çıxışları daxildir. Bundan başqa havada şou göstərən gimnastlar da sirkə gələnləri öz nömrələri ilə heyrətləndirəcəklər.

Proqram  saat  12 –də,  15-də  və 19- da olacaq. Hər proqram iki saat davam edəcək. Biletləri Bakı sirkinin kassalarından əldə edə bilərsiz. Biletlərin qiymətləri  8,  10,  12 və 15 manatdır.  5 yaşa qədər uşaqların girişi pulsuzdur.

Şənbə günü gələ bilməyənlər heç də heyfslənməsinlər. Sirk ustaları bazar günü də saat 12-də, 15-də və  19- da çıxış edəcəklər.

“Yarat”

“Yarat “ Müasir İncəsənət Mərkəzi  hər kəsi “Family Sunday” tədbirinə dəvət edir. Tədbirə siz bütün ailənizlə qatıla bilərsiz. Burada siz və ailə üzvləriniz rəssamlıq sənətinin incəliklərini öyrənəcəksiz.

Qeyd edək ki, tədbirə giriş pulsuzdur.  Mərkəz bayraq meydanının yaxınlığında yerləşir. Tədbirə qatılacaq uşaqların yaşları 3-dən yuxarı olmalıdır.

Restoran –“Çinar”

Restoranda hər həftənin bazar günləri uşaqlar üçün tədbirlər keçirilir. Tədbirdə müxtəlif əyləncəli oyunlar təşkil olunur. Həmçinin uşaqlar üçün” bento – box” yemək verilir. Tədbirdə iştirak uşaqlar üçün 15 manatdır. Əgər “bento- box” sifariş etməsəz onda 10 manat ödəməli olacaqsız. Valideynlər üçün isə heç bir ödəniş yoxdur . Amma əgər  yemək və ya içki sifariş etsəz ödəniş etməlisiz. Restoran Şövkət Ələkbərova 1 ünvanında, Funikulyorun yanında yerləşir.

“Nar festivalı”

Həftəsonunu paytaxtdan kənarda keçirmək istəyənlər  isə şənbə günü Göyçayda təşkil olunan “Nar festival”ında işirak edə bilərlər. “Turizm.az” şirkəti və bir çox başqa turizm şirkətləri də “Nar festival”ına turlar təşkil edir.

Turun qiyməti 23 manatdır. Qiymətə daxildir: Səhər yeməyi, fotosessiya, nəqliyyat.  5 yaşa qədər uşaqların turda iştirakı pulsuzdur. Festival zamanı nardan hazırlanan müxtəlif içkilərin dadına baxa bilərsiz. Bundan əlavə müxtəlif musiqili proqramlar nümayiş olunacaq. Tur saat 07:00 da N.Nərimanov metrostansiyasının qarşısından başlayacaq. Axşam  9-da isə Bakıya qayıtmaqla bitəcək.

“Qafqaz Yeddi Gözəl Hotel”

Bundan əlavə, həftəsonunu Qəbələdə keçirmək istəyənlər üçün  “Qafqaz Yeddi Gözəl” oteli sərfəli qiymətlərlə öz xidmətlərini müştərilərinə təklif edir.

2 nəfərlik standart otaq – 66 manat

Qiymətə spa xidmətləri,idman zalından istifadə və səhər yeməyi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır