Azərbaycanda kino və teatrlara bilet neçəyədir? - ARAŞDIRMA
03 NOYABR

Azərbaycanda kino və teatrlara bilet neçəyədir? - ARAŞDIRMA

Azərbaycanda 1873-cü ildən teatr, 1898-ci ildə isə kinonun əsası qoyulub. 
Bu gün kinoya, teatra maraq az olsa da yenədə hər sahənin öz tamaşaçısı var. Teatra gedənlərin böyük əksəriyyəti yaşlı nəslin nümayəndələri olursa, kino həvəskarları adətən gənclər olur. Çoxları kino və teatra marağın zəifləməsinin səbəbini bilet qiymətinin yüksək olması və vaxt darlığı ilə əlaqələndirir. Amma afişalara baxsaq görərik ki, həvəsimiz olsa nə vaxt, nə də madiyyat buna mane olmaz. 
Fins.az azxeber.com-a istinadən paytaxtın bir neçə kinoteatr və teatrlarında satılan bilet qiymətlərini təqdim edir: Həm teatr, həm də kinoteatrda nümayişlərin qiyməti gündüz və axşam saatlarına, həftə içi və istirahət günlərinə nisbətdə fərqli olur. 
Son vaxtlar afişası ilə tez-tez rastlaşdığımız, Azərbaycan kinoteatrlarına yeni ayaq açan türk filmi "İkimizin yerinə” filminin həftə içi kinoteatrlarda nümayiş qiymətlərinə baxaq. 
Tamaşaçıların ən çox üz tutduğu kinoteatrlarından olan "Park cinema”da bu filmə biletin qiyməti gündüz seanslarında (13:00-18:00) 4 AZN, axşam seanslarında isə (18:00-01:00) 6.50 AZN-dir. Nizami kinoteatrında isə bu qiymət gündüz saatlarında olduğu kimi, gecə seanslarında 7 AZN təşkil edir. 
Teatrlara gəlincə Azərbaycan Dövlət Pantamimo teatrında gündüz və gecə nümayişlərində bilet qiyməti eynidir: 7 AZN. Gənc tamaşaçılar teatrında gündüz saatları uşaqlar üçün biletlər 5AZN, axşam saatları böyüklər üçün isə 8 AZN-dir. Digər teatrda və kinoteatrlarda da qiymətlər təxminən 4-8 AZN arası dəyişir. Son zamanların ən qalmaqallı mədəniyyət ocağı olan Azərbaycan Dövlət Dram Teatrında isə biletlər 6 – 10 AZN arası dəyişir. Musiqili Komediya Teatrında qiymətlər 5-10 manat civarındadır Hər birimiz ən azı ayda 1 dəfə bu fürsətdən yararlana bilərik.

Azərbaycan kinoteatrlarının heç birində tam formada onlayn bilet satışı yoxdur

Bütün dünyada ən geniş şəkildə yayılmış onlayn bilet alma Azərbaycanda müşkül məsələyə çevrilib. Nizami Kinoteatrından verilən məlumata görə, kinoteatrdan onlayn bilet almaq mümkün deyil. Yalnız kassaya yaxınlaşıb bilet almaq olur. Eynilə teatrlarımızda da bu problem var. Vətəndaşlar bilet almaq üçün mütləq həmin əraziyə getməlidir.

Xarici ölkələrdə bilet neçəyədir?

İndi isə ayrı-ayrı ölkələrdə teatr tamaşalarına olan biletlərin qiymətlərinə nəzər yetirək. Rusiyada teatr tamaşalarına biletlərin qiyməti 22 manatdan 76 manatadək dəyişir. Türkiyə tamaşaçıları bir bilet üçün 35-111 manat arasında pul xərcləyirlər. Ukraynada biletlər 2-24 manat, Özbəkistanda 1-6 manat, İngiltərədə isə 15-60 manat arasındadır.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır