Tələbləri pozan turizm işçiləri məsuliyyətə cəlb olunacaq – YENİ QANUN
04 NOYABR

Tələbləri pozan turizm işçiləri məsuliyyətə cəlb olunacaq – YENİ QANUN

Turizm qanunvericiliyinin pozulması cinayət, inzibati və mülki-hüquqi məsuliyyətə səbəb olacaq.

Bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını pozduqlarına, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə, intizam məsuliyyətinə cəlb olunacaq. Bunun üçün turizm infrastrukturu subyektləri daxili intizam qaydalarını yazılı surətdə təsdiq edən əməkdaşların nəzərinə çatdırdıqdan sonra intizam pozuntusuna yol vermiş əməkdaşları intizam məsuliyyətinə cəlb edilə bilər. Bu cür qaydalar olmadıqda əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi qadağandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır