İran Azərbaycanla viza rejiminin ləğvini istəyir
07 NOYABR

İran Azərbaycanla viza rejiminin ləğvini istəyir

İran Azərbaycanla vizasız rejimin tətbiq olunması ilə bağlı əlavə tədbirlərin qəbul olunmasının tərəfdarıdır. Bu sözləri Tehranda keçirilmiş mətbuat konfransında İran xarici işlər nazirliyinin mətbuat katibi Bəhram Qaimi deyib: “İki ölkə arasında münasibətlərin xüsusiyyətini nəzərə alaraq ümid edirəm ki, vizaların ləğv olunması barədə razılıq əldə oluna bilər.”

Onun sözlərinə görə, bu istiqamətdə atılan ilk addım viza alınması üçün tələb olunan şərtlərin yüngülləşdirilməsi ola bilər.

Mətbuat katibi qeyd edib ki, İran bu proqramı Rusiya ilə də həyata keçirir.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır