«Şahdağ» yeni mövsüm qiymətlərini – AÇIQLADI
07 NOYABR

«Şahdağ» yeni mövsüm qiymətlərini – AÇIQLADI

«Şahdağ» qış-turizm kompleksi yeni mövsüm üçün qiymətlərini açıqlayıb. Kompleksdən fins.az-a verilən məlumata görə, yeni mövsüm dekabrn 15-dən başlayacaq. Yəni kompleksin təqdim etdiyi kanat və xizək xidmətləri məhz o vaxtdan qonaqların istifadəsində olacaq. Hazırda yeni mövsümə hazırlıqlar gedir. 

Amma kompleksdə olan otellərin qapısı qonaqların üzünə açıqdır və yeni mövsümdə onların bahalaşacağı gözlənilir. 

Qeyd edək ki, hazırda kompleksdə otellərin qiyməti mövsüm qiymələrindən aşağıdır. Belə ki, ötən mövsümdə oteldə standart nömrədə 2 nəfər üçün 1 gecəsi - 155 manat, həftə sonunda isə 180 manat olub.

Mövsümdən sonra qiymətlər bir qədər azalıb və həftə arası 110 manata, həftəsonu üçün isə 125 manata düşüb.  Bu qiymətlər dekabrın 10-15-nə (yəni yeni mövsüm başlayana kimi) qüvvədədir. 

Yeni mövsümdən isə qiymətlər daha çox artacaq. Belə ki, həftə arasında 2 nəfərin bir otaqda gecələməsi 190 manat, həftə sonu üçün isə 220 manat olacaq.  Qiymətə səhər yeməyi və spa xidmətlər daxildir. 220 manata olan otaqların pəncərə və eyvanından dağlara mənzərə açılır. 

Xizək və kanat yolundan istifadə ilə bağlı qiymətlərə gəlincə, qış mövsümü başlamadığından bu xidmətlər hələki istifadəyə verilməyib. Amma qiymətlərin dəyişməyəcəyi və ötən il olduğu kimi qalacağı deyilir.

Qiymətlər isə belədir:

Xizək 

Böyüklər üçün – 25 – 30 manat

Uşaqlar üçün – 20 – 18 manat

Kanat

Böyüklər üçün – 5 manat

Uşaqlar üçün – 3 manat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır