Dubayda dünyanın ən böyük leqo binası hazırlanıb
08 NOYABR

Dubayda dünyanın ən böyük leqo binası hazırlanıb

BƏƏ–də lego oyuncaqlardan dünyanın ən böyük binası inşa edilib. Konstruksiya “Leqolənd Dubay” parkında inşa edilib. Bina 439 min kərpicdən hazırlanıb çəkisi isə bir tondur. Lego bina Bürc – Xəlifənin oxşarıdır. Legodan hazırlanan binanın hazırlanmasına 5 min saatdan çox vaxt sərf olunub. Binanın hündürlüyü 17 metrdir.  “Leqolənd Dubay” parkında leqodan hazırlanan  15 min konstruksiya  var. Ümumilikdə bu konstruksiyalara 60 milyon leqo detalı istifadə olunub. Park 2 -12 yaşadək uşaqlar üçün nəzərdə tutulub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır