“Pobeda Airlines” İrəvana uçmaqdan imtina edir
08 NOYABR

“Pobeda Airlines” İrəvana uçmaqdan imtina edir

Rusiyanın Low Cost xidməti təklif edən “Pobeda Airlines” aviasiya şirkəti Ermənistanın paytaxtına uçmaqdan imtina edir. Fins.az-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, buna səbəb İrəvan hava limanının yüksək qiymətlər tələb etməsidir. Aviaşirkət rəsmisinin verdiyi məlumata əsasən, tariflərin yüksək olması "Pobeda"nın bu istiqamətə uçuş etməməsinə səbəb ola bilər. Belə ki,  İrəvan hava limanında sərnişin xidmətləri bahadır. Belə olduğu halda hər sənişinə görə 50 avro xərc tələb olunur, halbu ki, Pobeda hər sərnişinə görə cəmi 10 avro xərcləyir.

Rostovdan İrəvana uçuş həftədə 4 dəfə planlaşdırılırdı. Uçuşların həyata keçirilməsi hələ iyul ayından razılaşdırılmasına baxmayraq, hələ də uçuşlara başlanılmayıb. Bir müddət öncə isə məlumat yayılmışdı ki, Rosaviasiya Pobedaya Moskvadan Ermənistanın ikinci ən böyük şəhəri Gümrüyə uçmağa icazə verəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır