"British Airways" Azərbaycan bazarını tərk etdi
10 NOYABR 2016
510

"British Airways" Azərbaycan bazarını tərk etdi

Sərnişin və yük daşımaları həyata keçirən "British Airways Plc." şirkəti Azərbaycan nümayəndəliyini ləvğ edib.

Fins.az-ın verdiyi məlumata görə, bu haqda Vergilər Nazirliyi xəbər yayıb.

QeydMəlumata əsasən, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, "Hyatt Tower -2" (VI mərtəbə) ünvanına bildirə bilərlər.

"British Airways" aviaşirkəti dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.

Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır