"Formula-1" 2017 Bakı mərhələsinin ən baha və ən ucuz biletlərinin – QİYMƏTLƏRİ
10 NOYABR

"Formula-1" 2017 Bakı mərhələsinin ən baha və ən ucuz biletlərinin – QİYMƏTLƏRİ

"Formula-1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq.

Bu barədə jurnalistlərə mərhələnin promouteri Arif Rəhimov məlumat verib.

"Qran-pri üçün bilet satışlarına dekabrın 1-dən başlanacaq, biz bunu tezliklə elan edəcəyik. Ən bahalı bilet 520 dollara olacaq, lakin biz biletləri yerli valyuta olan manatla satacağıq. Ən ucuz bilet 40 dollara başa gələcək", - deyə Rəhimov bildirib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır