Hotellərdə Yeni il üçün boş qalan yerlər – SİYAHI
10 NOYABR

Hotellərdə Yeni il üçün boş qalan yerlər – SİYAHI

Artıq Yeni il yaxınlaşır, istər əcnəbilər, istərsə də yerli turistlər Yeni İl bayramını şən və maraqlı keçirmək üçün müxtəlif istirahət mərkəzlərinə üz tuturlar. Bəzi məlumatlara görə, hətta Yeni il şənlikləri üçün hotellərdə boş yerlər qalmayıb. Fins.az-ın araşdırmaları hotellərdə boş yerlərin hələ də qaldığını, amma bunların sürətlə azaldığını göstərib. Beləliklə, fins.az Bakıda və bölgələrdə yerləşən otellərin Yeni İl şənliyi üçün boş nömrələrini təqdim edir.

Yeni İldə paytaxtımıza gələcək qonaqlar gecələməyə yer tapmaqda çətinlik çəkməyəcəklər . Belə ki, paytax otellərin əksəriyyətində Yeni İl bayramı üçün böş nömrələr var.

“Fairmont Hotel”
Bakının ən yüksəkdə yerləşən hotelində dekabr və yanvar ayları üçün kifəyət qədər böş nömrələrin olduğu bildirildi. Hətta otaq rezervasiya etmək istəyənlər bir gün əvvəl və ya elə həmin gün nömrə bron edə bilərlər. Qiymətlərə gəlincə isə dekabr ayının sonu yanvar ayının əvvəli üçün standart otaq üçün 383 manat ödəməli olacaqsız. Qiymətə səhər yeməyi və burada tayı-bərabəri olmayan SPA xidmətlərdən istifadə daxildir.

“Hilton hotel Baku”
Bu oteldə də dekabr və yanvar ayı üçün kifayət qədər boş nömrələrin olduğu bildirildi. Oteldə iki nəfərlik standart otaq 336 manatdır, bu qiymətə sahər yeməyi və spa xidmətlər daxildir.

Boş yerlər kifayət qədərdir
Qeyd edək ki, Nabrandakı “River İnn”, Bakıdakı “Central Park Hotel”, “Həyat Regency” “The Landmark Otel Baku” və Qəbələdəki “Qafqaz Karvansaray Otel” kimi otellərdə də Yeni il üçün kifayət qədər boş nömrələrin olduğu bildirildi.

“Excelsior Hotel & Spa Baku”
Oteldən bildirdilər ki, dekabr ayının 20-dən yanvarın 10-a kimi nömrələr rezervasiya olunub. Standart otaqların qiyməti isə 200 manatdır. Qiymətə səhər yeməyi və SPA xidmətlər daxildir.

Region hotellərində nömrələr tutulub
Paytaxt otellərlə müqayisədə bölgələrdə yerləşən mehmanxanalarda yerlərin bir hisəsi rezervasiya olunub.
Məsələn, “Qafqaz Resort Otel”in rəsmisi bildirib ki, dekabrın 30-dan yanvarın 5-dək bütün nömrələr məşğuldur. Oteldən bildirdilər ki, qonaqlar arasında yalnız əcnəbilər deyil, həmçinin ölkə vətandaşları da var. iki nəfərlik standart otaqda gecələmək 116 manatdır.

“Qafqaz Riverside Otel”
Qəbələdə yerləşən digər bir oteldə də dekabr ayının 30 dan yanvarın 4 kimi əksər nömrələr bron edilib, qonaqların əksəriyyəti yerli vətandaşlardır. Oteldə gecələmək 200 manatdır. Göstərilən məbləğə digər otellər də olduğu kimi səhər yeməyi və spa xidmətlər daxildir.

“Şahdağ Zirvə otel”
Şimal bölgəsində yerləşən “Şahdağ” Qış İstirahət Kompleksində də demək olar ki, otellər də boş nömrələr qalmayıb. Məsələn, «Zirvə» oteldə dekabrn 29-dan 4 yanvara kimi nömrələr məşğuldur. Oteldə dekabr və yanvar ayı üçün yalnız standart otaqlarda ayrı çarpayılı nömrələr boşdur. Oteldə iki nəfər üçün 3 gecə qalmaq 990 manatdır. Bu qiymətə səhər yeməyi, spa xidmətlərdən istifadə, qala gecəsi və gecə saat 3-ə kimi spirtli içkilərdən limitsiz istifadə daxildir.

Şəkidə hələ boş yerlər qalıb
Şamaxı Şəki və Şəmkir bölgələrində də otellərdə kifayət qədər boş yerlərin olduğu bildirildi. Əsasən də boş nömrələr Şəkidə yerləşən otellərdə daha çoxdur. Amma turizm şirkətinin nümayəndəsi Yusif Yusifov Şəkidə yerləşən otellərdə qonaqların az olmasını elə də qorxulu saymır. Y.Yusifovun fikrincə dekabr ayından etibarən otellərdə boş yerlərin müştərilər tərəfindən tutulacaq. O bundan əvvəlki, illərdə də belə olduğunu bildirdi. Qeyd edək ki, Şəkidə “Marxal”, “Şəki Park Otel” və “İssam Otel”kimi yerlərdə qonaq ola bilərsiz. Misal üçün əgər “Şəki Park otel”də qalmaq istəsəz adambaşına 90 manat ödəməli olacaqsız. Amma bu zaman ən azı oteldə 3 gün qalmalısız. Bu qiymətə gündə 3 dəfə yemək və qala gecəsi daxildir.

“Şamaxı Palace Sharadil”
Hoteldən bildirdilər ki, yerlərin 40 faizi artıq tutulub. Yeni İl bayramını burada qeyd etmək istəyənlər iki nəfərlik standart otaq üçün 816 manat ödəməli olacaqdır. Bu qiymətə 3 gecə oteldə qalmaq, gündə 3 dəfə yemək və SPA xidmətlərdən istifadə daxildir. Qala gecəsinə gəriş isə böyüklər üçün 100 manat uşaqlar üçün isə 50 manatdır.

“Excelsior Hotel Shamkir”
Şəmkirdə yerləşən oteldə otaqların yarıdan çoxunun artıq məşğul olduğunu bildirdilər. Amma Şəmkirdə Excelsior Hoteldə istirahət etmək istəyənlər üçün heç də hər şey itirilməyib. Otel nümayəndəsi bu ayın sonuna kimi boş yerlərin olacağını bildirdi. Oteldə iki nəfərin 6 gecə 7 gün qalması üçün 980 manat ödəmək lazımdır. Bu qiymətə gün ərzində 3 dəfə yemək və spa xidmətlərdən istifadə daxildir.

“Palıdlı Sahil”
Lənkaranda yerləşən istirahət mərkəzindən də kifayət qədər boş nömrələrin olduğu bildirildi. İki nəfərin gecələməsi 80 manatdır. Qiymətə gündə 3 dəfə yemək daxildir. Yeni İldə qala gecəsinə qatılmaq istəyənlər isə böyüklər üçün 10 manat uşaqlar üçün isə 5 manat ödəməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır