AZAL daxili uçuşların qiymətində güzəştə getdi
10 NOYABR

AZAL daxili uçuşların qiymətində güzəştə getdi

"Azərbaycan hava yolları" (AZAL) xarici aviadaşıyıcıların Heydər Əliyev Beynəlxalq Hava Limanına və Azərbaycanın digər regional hava limanlarına uçuşlar həyata keçirməsi üçün liberal şəraitlər yaradıb.
 
Fins.az-ın verdiyi xəbərə görə, Bakı aeroportunda loukosterlər üçün xüsüsi tələblər yoxdur – onlar reyslərini digər aviaşirkətlərlə birgə eyni şərtlər üzərində həyata keçirə bilirlər.
 
"Regional aeroportların inkişafı üçün regionlara uçuşlar həyata keçirmək istəyənlərə aşağı tariflər təqdim olunur. Yeganə şərt ondan ibarətdir ki, aviaşirkət həftə ərzində minimum bir uçuş yerinə yetirməlidir. Əks halda, şirkət bu fürsətdən yararlanmaq hüququnu itirir və ona qarşı standart tariflər tətbiq olunur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır