Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR
10 NOYABR

Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Bu həftə əla keçdi  Bayraq Günü münasibətilə verilən istirahət günü işimizin gərginliyini xeyli azaltdı.

Belə yüksək əhval-ruhiyyəni həftəsonu da davam etdirmək lazımdır 

Fins.az ənənəvi olaraq öz oxucularına həftə sonunu maraqlı keçirmək üçün  variantları – turlar və maraqlı tədbirləri təklif edir.

«Quba-Digah kəndi»

Əgər gündəlik şəhər həyatından təngə gəlmisizsə o zaman «Çölçü Hiking» klubunun bazar günü təşkil etdiyi turdan yararlana bilərsiz.  Çölçülərin bu dəfə ki, səfəri Quba şəhər mərkəzindən Digah kəndinə olacaq. Vəhşi təbiət sevərlər üçün bu tur əvəz edilməzdir.  Tur zamanı şimal bölgəsinin payız fəsli zamanı gözəl mənzərəsinin şahidi olacaqsız. Qeyd edək ki, say hesabı ilə turda çox iştirak edən şəxslər  “Çölçü Hiking” klubuna üzv olmaq şansı qazanacaqlar. Tura qoşulmaq üçün adambaşına 20 manat ödənməlidir. Qiymətə nəqliyyat və çay süfrəsi daxildir. Tura bazar günü səhər 7-də 20 yanvar metrosunun qabağından başlanılacaq.

“Qəbələ”

Bundan əlavə digər bir turizm şirkəti “Turizm.az”da səyahət həvəskarları üçün Qəbələyə tur təşkil edir. Tur zamanı Tufandağ  Nöhurgöl və «Qəbələnd»i görmək şansını qazanacaqsız. Tufandağ da kanatdan istifadə etmək istəsəz bu zaman əlavə 10 manat ödəməli olacaqsız. Qeyd edək ki, kanatın qiyməti uşaqlar üçün də 10 manatdır. Qəbələndə giriş 1 manata olasada tur iştirakçıları üçün pulsuzdur. Lakin atraksionlardan istifadə üçün 1-6 manat arası ödəniş etməli olacaqsız. Tura bazar günü  səhər saat 7 də N.Nərimanov metrosunun qarşısından başlanılacaq. Turun qiyməti adambaşına  24 manatdır. Qiymətə nəqliyyat, fotosessiya  və səhər yeməyi daxildir. 

«BeşBarmaq – Xızı turu»

“Ava tour” turizm şirkətinin təşkil etdiyi tur BeşBarmaq ziyarətgahı və Qubada Çənlibel gölünü əhatə edir. Turun qiyməti böyüklər üçün 22 manat, 12 yaşa qədər uşaqlar üçün isə 18 manatdır. Qiymətə səhər yeməyi, çay süfrəsi, fotosessiya və müxtəlif əyləncəli oyunlar daxildir. Tura səhər 06:30 da Gənclik metrosunun qarşısından başlanılır. Tur bazar günü baş tutacaqdır.

Həftə sonunu Bakıdan çıxmaq istəməyənlər isə paytaxtda yerləşən həftə sonu kampaniyalardan yararlana bilərlər. Belə yerlərdən biri də Beerbaşa restoranıdır.

“Beerbaşa”

Restoranda həftə içi bütün günləri kampaniya keçirilir. Ad günü olanlara burada pulsuz 3 litr pivə və qəlyan verilir. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə restorana yaxınlaşmaq yetərlidir. Amma əlavə nəsə sifariş də vermək lazımdır.

Ümumilikdə isə, restoranda 1 lobster sifariş edənə iki litr “Lay” pivəsi pulsuz verilir. “Lay” pivəsi restoranda hazırlanır. Restoran Parlament prospektində yerləşir.

Filmlər –pulsuz

Əgər həftə sonunda ümumiyyətlə pul xərcləmədən istirahət etmək istəyirsizsə, bu da mümkündür. Sadəcə Bakıda keçirilən «7-ci Avropa Film Festival»ının təqdim etdiyi filmlərə baxa bilərsiz. Filmlərə giriş pulsuzdur. Şənbə günü Park Bulvarda yerləşən Park Cinemada «Qırmızı bağ» adlı Azərbaycan filminə baxa bilərsiz. Filmin nümayişi axşam saat 7-də başlayacaq. Həmin gün elə həmin saat da «Flame Tower»də yerləşən Rumıniya istehsalı olan «Domestic» adlı filminə də pulsuz tamaşa edə bilərsiz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır