Azərbaycanda daha 5 hotelə "ulduz" verildi – SİYAHI
11 NOYABR

Azərbaycanda daha 5 hotelə "ulduz" verildi – SİYAHI

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Qurumun mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Cari ilin noyabr ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan 5 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib:

1. “Staybridge Suites Baku” – 4 ulduz superior
2. “Neapol” – 4 ulduz
3. “Baku İnn Hotel” – 4 ulduz
4. “Xan Lənkəran” – 4 ulduz
5. “Manor” – 3 ulduz

Qeyd edirik ki, azırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxa və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb.

Təsnifatdan keçmiş mehmanxanaların siyahısı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır