"Air Astana" Bakıdan uçuşların qiymətini azaldıb
11 NOYABR

"Air Astana" Bakıdan uçuşların qiymətini azaldıb

Qazaxıstanın milli aviaşirkəti “Air Astana” noyabr ayında Bakı ilə Qazaxıstan şəhərləri arasında aviareyslərin uçuşların qiymətini aşağı salıb. Bunu bu gün şirkətin Bakı ofisinin rəhbəri Daken Şemet deyib.

Onun sözlərinə görə, qiyməti 10 faiz ucuzlaşıb.

“Air Astana” Bakıdan Almatı və Astanaya həftədə 3 dəfə uçuşlar həyata keçirir. Digər şəhərlərə uçuşlar isə bu iki şəhər üzərindən həyata keçirilir.

Şirkət nümayəndəsinin sözlərinə görə, 2017-ci ildə Qazaxıstanda baş tutacaq EXPO sərgisi ilə əlaqədar reyslərin sayının artırılması imkanı da nəzərdən keçirilir.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır