Siz xaricə köçəndə dərhal dəyişəcək – 10 MƏSƏLƏ
11 NOYABR

Siz xaricə köçəndə dərhal dəyişəcək – 10 MƏSƏLƏ

Miqrasiya həyatı haqqında məlumat verən populyar bloqun müəllifi Kimberlin Boys qürbətdə yaşamaq qaydalarını öz oxucularına başa salır. Onun sözlərinə görə əgər siz, hətta qısamüddətlik olsa belə başqa ölkədə yaşasanız, orada qazandığınız təcrübə sizin həyatınızı həmişəlik yaxşı formada dəyişəcək.

Siz xaricdə yaşamağa başladıqda (hətta qısamüdət) dərhal dəyişəcək 10 amil

1. Siz həmişə yeni dil öyrənir, ancaq köhnəsini unudursunuz

Mən insan beyininin quruluşu üzrə mütəxəssis deyiləm, lakin mənə elə gəlir ki, əgər siz ana dilinizdə danışmasanız bir müddət sonra onu unudacaqsınız. Əvvəl siz ətrafınızdakı yeni insanların nədən danışdıqlarını başa düşəcəksiniz, ondan sonra yeni dili tez öyrəndiyinizə sevinəcəksiniz. Bir neçə aydan sonra siz artıq yeni dildə düşünməyə başlayacaqsınız. Bu isə bir başa ana dilinizin unudulmasına aparan yoldur.

Əlbəttədə tam olaraq unutmayacaqsınız, ana diliniz olan mühitə geri döndükdə qısa bir zaman ərzində siz yenə fikrinizi öz dilinizdə rahat çatdıra biləcəksiniz, amma davamlı şəkildə yardım olmasa (ana dilinizi paylaşan insanların əhatəsi) siz çox gülməli formada danışacaq, «şalvar taxmaq», «avtobus götürmək» kimi absurd ifadələrdən istifadə edəcksiniz.

-          Ona, öz dilimizdə necə idi o söz? Ondan etdilər. Radio? Yox. Radio deyildi.

-          Bəlkə televizor?

-          Televizor özünsən! Mən Rentqen demək istəyirdim.

2. Çemodan əşyalarınız üçün adi çanta anlayışından çıxacaq 

Mən belə düşünürdüm ki, köçdükdən sonra əşyalarımla dolu çemodanlarım uzaq küncdə toz yığacaq. Hətta fikirləşirdim ki, «Yerləşdikdən sonra bütün bu çemodanları nə edəcəm?» Amma emiqrasiya həyatımdan illərin keçməsinə baxmayaraq, mən onları hələ də istifadə edirəm.

Məsələ burasındadır ki, elə bil emiqrasiya mənim özümü azad etdi. Mən ümiyyətlə daha çox səyahət etməyə və bundan zövq almağa başladım. Mən belə düşünürəm ki, yaşayış yerini dəyişməyə qərar verəcək adamların əksəriyyəti belə olacaq. Bir kərə qəfəsdən çıxdıqda, bunu yenə də təkrar etmək istəyəcəksiniz. Eyni zamanda mən də əmin deyiləm ki, bütün qalan həyatımı indi yaşadığım Braziliyada keçirəcəm.

3. Bu sadəcə səyahət deyil. Bu sənin həyatındır!

Xaricdə 5 il yaşadıqdan sonra yaxınlarınızı görmək üçün qısamüddətlik geri qayıdaraq bir pabda dostlarınızla görüşsəniz onların sizə ünvanlayacaqları ilk sual «Danış, səyahətin necə keçdi?» olacaq. Bəzən belə suala qışqıraraq cavab vermək istəyirsən ki, «Ay bala, mən səyahətdə deyildim, mən orada yaşayıram!» Lakin onlar yenə də bunu anlamayacaqlar.

Ona görə də mən bu suala artıq işlənilmiş şablon «Bu son 3 ildə o qədər şey baş verib. Gəl bir dəfə axşam şam yeməyinə görüşək, mən sənə ən rəngarəng hadisələr haqqında danışaram» formasında cavab verirəm.

4. Məzənnə hər zaman ağlınızın bir küncündə qalacaq 

Siz başqa ölkədə 10 il yaşasanız belə yenədə valyuta məzənnəsini ağlınızda saxlayacaqsınız. Vətəninizin və ya köçüdüyünüz ölkənin mağazalarına girəndə siz hər dəfə qiymətləri müqayisə edəcəksiniz. Bu artıq bir vərdişdir, yəni sizin bir hissənizdir və nə qədər çalışsanız da oncan uzaq dura bilməyəcəksiniz. 

5. «Adi» və «təəccüblü» anlayışları arasında sərhəd pozulacaq 

Əksəriyyətin bütün dünyanı qlobal bir Makdonalds təsəvvür etmələrinə baxmayaraq, bu belə deyil. Nəticədə hər bir (hətta qonşu ) mədəniyyətin özünə uyğun «olar» və «olmaz» anlayışları var.

Cavan cütlüklərin öpüşmələrinə normal yanaşan və ya bu tam qadağan olunmuş yerlər var. Bəzi yerlərdə marixuanadan istifadə normaldır, digərlərində isə bu cinayət sayılır.

Mən ABŞ-dan 23 yaşım olanda köçdüm. O vaxt kiminsə küçədə burnunu eşməsi mənim üçün qəbuledilməz hal idi. Buna baxmayaraq özüm yeməkdən sonra hər zaman diş təmizləyən çubuqlarından istifadə edirdim. İndi isə təsəvvür edin ki, yaşadığım yerdə vəziyyət tam əksinədir. Burada ictimai yerdə mən rahat burnumu eşə bilərəm, lakin diş təmizləyən çubuqladan istifadə etmək cəmiyyətdə birmənalı şəkildə təəccüb doğuracaq.

Ancaq əla ola elə işin bu hissəsidir. Çünki aradakı bütün bur fərqləri anladıqca siz daha müstəqil və dözümlü insana çevrilirsiniz. 

6. Başqa ölkələrdə zaman müxtəlif formada ölçülür 

ABŞ siz heç kimi bu gün kofe içməyə dəvət edə bilməyəcəksiniz. Orda insanlar təqvimə uyğun yaşayırlar. Buna görə də kimisə 5 dəqiqədən artıq gözləmək onlar üçün qorxunc bir kabusdur.

İndi isə təsəvvür edin ki, yaşadığım ölkədə görüşə yarım saat gecikmək belə normal bir şeydir. Əvvəl mən belə şeydən qəti razı deyildim. Elə bil yapışqanın içində yaşayırsan, həyat uzanıb, dartılır, yavaş keçir və heç nəyi çatdıra bilmirsən.

Lakin bir müddət sonra sən də buna öyrəşib, adaptasiya olursan. Amma yenə də bir qrup insanın vaxtdan asıllığını, digərlərinin isə onun haqqında heç düşünmədiklərinə heyran qalırsan. 

7. «Rutin işlər» ifadəsi sizin leksikonunuzdan itəcək 

Sizin yeni köçdüyün yerdə həyatınızın palanlaşdırdığınız formada alınıb, alınmayacağından asılı olmayaraq, yeni yerdə siz darıxmayacaqsınız. Hər gün nəsə yeni bir şey verəcək.

Bir dəfə mən cəmi 2 kommunal qəbzin ödənişinə bütün günümü həsr etdim. Amma yenə də əmin deyildim ki, sabah evimdə su və işıq olacaq, ya yox. Bütün bunlar çox gözlənilməz şəkildə baş verir, dəyişir. Mənim sadəcə bu kimi hallara hesablanmış ehtiyyat planım var.

İstənilən halda qürbətdə başınıza maraqlı hadisələr gələcək. Vətəninizdən fərqli olaraq yeni yerdə onların sayı dəfələrlə artacaq.

8. Siz hər şeyi itərəcək, lakin bunun fərqinə varmayacaqsınız.

Müxtəlif mənbələrdə xaricə köçməyin əleyhinə səslənən əsas arqumentlər: «Sizi orda heç kəs gözləmir», «Siz orda heç kimə lazım deyilsiniz» tam doğrudur. Ancaq mən sizə kiçik bir sirr açacam: «Siz ümumiyyətlə heç yerdə heç kimə lazım deyilsiniz. Siz yalnız özünüz üçün lazımsınız».

Əksər insanlar «heç kimə lazım olmadıqları» və ya öyrəşdikləri işi, ya da sosial dairələrini itirməkdən qorxduqları üçün yeni yerə köçmürlər.

Əmin olun ki, köçdüyünüz zaman siz bundan da çox şey itirəcəksiniz. Geyim və noutbukunuzdan başqa sizə hər şeyinizi itirəcəksiniz. Sizə tanış olan gəzinti marşrutları, ailə yığıncaqları, sevdiyiniz mağaza və (koka-kola deyilsə) qida məhsullarınız. Bundan əlavə iy, rəng, hava və tərzlər hamısını itirəcəksiniz.

Ancaq digər tərəfdən bütün bunlar sizi heç narahat etməyəcək. Siz heç olmasa bir neçə il öz sosial statusunuza görə narahat olmamaq imkanı qazancaqsınız. Siz tamamilə yeni dünyaya qərq olacaqsınız. Bu zaman anlayacaqsınız ki, maddi gəlir, hələ hər şey demək deyil. 

Başqa ölkəyə köçməmişdən öncə siz inanmazdınız ki, sizə dəyərli olan bütün əşyaları cəmi bir neçə çemodana yerləşdirmək olar. Köçdükdən sonra siz geridə qoyduğunuz evinizdə gündəlik istifadə etdiyiniz və sizə çox vacib gələn əşyaların bir hissəsini hətta unudacaqsınız.

9. Sizə elə gələcək ki, «Hər şey mümkündür!» 

İndi siz dəqiq bilirsiniz ki, bir gün ərzində hər şeyi toplayıb bir yerdən, başqa yerə köçmək mümkündür.

Həyatınızı yeni səhifədən başlamaq istəyirsiniz? Bu fikir indi ancaq ilhamlandırır, həm də təsəlli edir. Mən bilirəm ki, istənilən zaman hər şeyə yenidən başlamaq olar. 

10. Hər şey fərqli olacaq. 

İlk müddət özünüzü bir növ alçaldılmış hiss edəcəksiniz. Ən sadə məsələlərdə tanımadığınız insanlardan tez-tez yardım istəməli olacaqsınız. Hər gün sizi əhatə edən hər şey sizə o, qədər gəliz və qəribə gələcək ki, bir qədər qorxu hissinə də qapılacaqsınız. 

Amma bir neçə ay ərzində siz öyrəşəcək və ürəyinizin səsini eşidəcəksiniz ki, siz hər bir şeyi etməyə qadirsiniz.

Elizabet Qilbert «Əgər siz öyrəşdiyiniz rahatlığınızdan (ev, köhnə əşyalar) çıxaraq, özünüzdə və ya sizi əhatə edən dünyada həqiqəti axtarmağa, yol boyunca baş verən hər bir şeyi yuxarıdan işarə kimi görməyə, rastınıza çıxan hər bir kəsi müəlliminiz kimi qəbul etməyə, nə qədər ağır və acı olsa da reallığı qəbul etməyə cəsarətlisinizsə həqiqət özü sizi tapacaq». 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır