Misir otelləri sökülüb dağılır
14 NOYABR

Misir otelləri sökülüb dağılır

Misirdə yerləşən otellərin təmir olunmasına 320 milyon dollar lazımdır.  Fins.az-ın məlumatına görə, turistlərin bu ölkəyə getməməsi nəticəsində otel rəhbərləri  otellərin təmirinə lazımı məaliyyəni ayıra bilməyiblər.

Nəticədə də otellərdə xoşa gəlməz görüntülər yaranıb. Bu barədə Rusiya turoperatorları Assosasiyasından bildirilib. Qeyd edək ki, Misirə ən çox turistlərin gəldiyi ölkələrdən biri də Rusiya idi. 

Lakin bir il öncə Rusiya təyyarələrinin bu ölkəyə getməsi qadağası  nəticəsində rusiyalı turistlərin bu ölkəyə səfərinin qarşısını alıb. Qadağanın götürülməsindən sonra isə ən azı iki həftə gərək olacaq ki, Rusiya turizm şirkətləri Misirə yenidən turlar təşkil edə bilsin. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır