Bakıda keçirilən "Avropa Qran Prisi"nə biletlər 30% ucuzlaşacaq
14 NOYABR

Bakıda keçirilən "Avropa Qran Prisi"nə biletlər 30% ucuzlaşacaq

"Dekabrın 1-dən etibarən 2017 Formula 1 Avropa Qran Prisi üçün 30%-dək endirimlə biletlərin satışına başlayırıq və Rusiyada və qonşu ölkələrdə olan Formula 1 azarkeşlərini bu fürsətdən yararlananraq növbəti il Bakıda keçiriləcək yarışa dəvət edirik”.

Fins.az-ın verdiyi xəbərə görə, bu haqda «Russian Motorsport Forum» adlı beynəlxalq avtoidman forumunda iştirak edən  Bakıda keçirilən Formula 1 Avropa Qran Prisinin təşkilatçısı Arif Rəhimov deyib.

Qeyd edək ki, Bakıda sayca ikinci dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisinin yarış həftəsonunun 16-18 iyun 2017-ci il tarixlərində baş tutması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır