27 yaşlı qız dünyanın bütün ölkələrini gəzib – FOTOLAR
14 NOYABR

27 yaşlı qız dünyanın bütün ölkələrini gəzib – FOTOLAR

Kimsə 50 ölkəni ziyarət etmiş olsa, biz ona heyran olarıq. Ziyarət edilmiş ölkələrin sayı 100-ə çatsa, biz iki qat heyran olarıq. Lakin amerikalı gənc xanım dünyanın bütün 196 ölkəsini ziyarət etmək və rəsmi olaraq qeyd edilmiş (sənədə alınmış) bunu etmiş ilk qadın olmaq fikrindədir. Razılaşın ki, bu doğurdan da heyranedici nəticədir.

Kasandra De Pekol isə məhz bunu edir. Konnektikutdan olan 27 yaşlı Kasandra 2015-ci ilin iyulundan bəri 181 ölkəni ziyarət edib. Növbəti 40 gün ərzində o daha 15 ölkəni ziyarət edə bilsə, Ginnesin Rekordlar Kitabına dünyanın bütün suveren dövlətlərini (+11 əlavə ölkə) ən sürətlə gəzmiş şəxs kimi daxil olacaq. 

“Ekspedisiya196” adlanan səfərində Kasandra Turizm vasitəsilə Sülh Beynəlxalq İnstitutun adından “Sülh səfiri” kimi çıxış edir. Biz onun izi ilə gedə bilməsək də, instaqram vasitəsilə onun ruhlandırıcı səyahətini izləyə bilərik. Sənə uğurlar Kasandra!

Nə vaxtsa dünyanın bütün ölkələrinə səyahət etməyi düşünmüsünüz?

Kasandra De Pekol isə məhz bunu edir!

Onun valehedici səyahəti “Ekspedisiya196” adlanır.

O, səyahətinə 2015-ci ilin iyulu, Palaudan başlayıb.

O gündən bəri Kasandra 181 ölkəni ziyarət edib.

O dünyanın bütün 196 ölkəsini ziyarət etmiş rəsmi olaraq qeyd edilmiş (sənədə alınmış)  ilk qadını olmaq arzusundadır.

Arzusuna çatmaq üçün Kasandra növbəti 40 gün ərzində daha 15 ölkəni ziyarət etməlidir.

Əgər o, buna nail olsa Ginnesin Rekordlar Kitabına dünyanın bütün ölkələrini ən sürətlə gəzmiş şəxs kimi daxil olacaq. 

Kasandra Turizm vasitəsilə Sülh Beynəlxalq İnstitutun adından “Sülh səfiri” kimi çıxış edir.

Onun səyahət xərcləri artıq təqribən 200 min dollara çatıb, lakin bütün məbləğ sponsorlar tərəfindən ödənilir.

Eyni zamanda o instaqram səhifəsini pulsuz yaşamaq imkanı qarşılığında reklam platforması kimi istifadə edir.

Onun cəmi 27 yaşı var, lakin o artıq əskəriyyətimizin bütün həyatımız boyunca görəcəklərindən daha çox şey görüb.

Aslanlalarla görüşdən tutmuş

Kolorado dağlarında xizək sürməyə qədər

Kiribati çimərliyində istirahətdən başlayaraq

Bosniya və Herseqovinanın Mostar körpüsünün bu gözəl görüntüsünü çəkib

Kasandra kamerası yanında olmadan heç hara səyahət etmir

Əlbəttə xəritəsi də hər zaman onun yanındadır! 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır