Təcrübəli səyyahdan turistlərə - 15 DƏYƏRLİ MƏSLƏHƏT
16 NOYABR

Təcrübəli səyyahdan turistlərə - 15 DƏYƏRLİ MƏSLƏHƏT

Norveçli Qunnar Qarfors 198 ölkəni ziyarət etmiş ən gənc həvəskar-səyahətçidir. Təəccüblüdür ki, Qarfors bütün səyahətlərini daimi işindən ayrılmadan edə bilir. Bunun sirri ondadır ki, norveçli səyahətçi həftə sonları və özünün ödənişli məzuniyyətləri çərçivəsində düyanı gəzir. Qarforsun təcrübəsindən ilhamlanaraq, düşünürük ki, bizlərdən hər kəs səyahət arzusunu reallaşdıra bilər.

Fins.az xarici mətbuata istinadən norveçli səyahətçinin 15 ən vacib məsləhətini oxucularının diqqətinə çatdırır.

1. Səyahət etdiyiniz şəhərdə hərəkət marşrutunuzu öncədən müəyyən edin

Əlbəttə taksi xidmətindən istifadə edərək, siz istənilən bir yerə gedə bilərsiniz. Lakin daha maraqlısı (daha ucuzu) ictimai nəqliyyat vasitəsilə hərəkət etməkdir. Bunun üçün marşrutları və onların hərəkət cədvəlini öncədən internet vasitəsilə öyrənin.

2. Cari məzənnəni həmişə dəqiq öyrənin

Müəyyən ölkəyə getməmişdən öncə cari məzənnəni öyrənin, əks halda siz necə ticarət edəcəksiniz?

3. Saat fərqinə uyğunlaşmaq

Aydındır ki, fərqli-fərqli qitələrdə yerləşən ölkələr arasında saat fərqi mövcuddur. Saat fərqinə öyrəşməyin 2 əsas yolu var. Birincisi uçuş zamanı mümkün qədər çox yatmağa çalışın, qətiyyən kofe içməyin. İkincisi səyahət etdiyiniz ölkəyə çatdıqda orada axşam düşməyənə qədər yatmayın. Bununla sizin bədəniniz aradakı fərqə daha tez öyrəşəcək.

4. Səyahətə nəğd pul götürün, onu fərqli yerlərdə saxlayın

Səyahət zamanı istər-istəməz dələduzluq və oğruluq halları ilə rastlaşa bilərsiniz. Bu çox bayağı səslənsə də nəğd pulun fərqli yerlərdə saxlanılması çox faydalıdır. Nəğd pullarınızın əsas hissəsini daxili cibinizdə saxlayın, kiçik nominallı əskinasları isə digər ciblərinizə qoyun. Eyni zamanda heç bir ictimai yerdə böyük məbləğdə pulunuz olduğunu göstərməyin. 

5. Səyahətinizə lazım bütün sənədləri “bulud”da saxlayın

Bütün sənədlərinizin sürətini çıxardaraq, onları “bulud yaddaşı”na yükləyin. Bunun üçün “Google Docs” və ya “Drop Box” sistemləri tam uyğundur. Bu addımla siz səyahətiniz zamanı bütün vacib sənədlərinizi qorumuş olacaqsınız.

6. Hara getmək lazım olmadığını dəqiq bilmək üçün bələdçi kitablarının təlimatlarından istifadə edin

Bir qayda olaraq müxtəlif bələdçi kitabları turistlərə eyni görməli yerləri, eyni ardıcıllıqda səyahət etməyi tövsiyyə edir. Belə ekskursiyalar ucuz və maraqsız olurlar. Eyni zamanda siz digər turistlər ordusu ilə də əhatələnmiş olacaqsınız. Ancaq sizə məhz bu lazımdırsa o zaman bələdçi kitablarının məsləhətlərinə riayət edərək, hara getməyin məsləhət olmadığını öyrənin.

7. Səyahət zamanı ani qərarlar verməkdən qorxmayın

Ən maraqlı hadisələr və sərgüzəştləri siz heç vaxt öncədən planlaşdıra biləməzsiniz. Planlaşdırma ümumiyyətlə səyahətin marağını öldürür. Əsas şey ani qərar verərək sərgüzəştlərə açıq olmaqdır. Buna görədə idarə düyməsindən əlinizi çəkin və ani qərarlar qəbul edərək səyahətin maraqlı tərəflərini kəşf etməyə hazır olun. 

8. Yerli yeməkləri dadın

Sizin üçün yeni olan bu və ya digər ölkənin mədəniyyət, adət-ənənələrini daha yaxşı qavramaq üçün milli mətbəx yeməklərinin dadına baxın. Təzə bir şeyin dadına baxmaqdan qorxmayın. Bəlkə də qurdlar doğurdan dadlıdırlar?

 Ən azından vətənə qayıdan zaman dostlarınıza danışalacaq əhvalatınız olacaq.

9. Səyahətə ağır yüklə çıxmamağa çalışın

Onsuzda götürdüyünüz əşyaların əksəriyyəti sizə səyahətdə lazım olmayacaq. Həmçinin ağır yüksüz səyahət etsəniz hava limanlarında vaxtınıza qənaət etmiş olacaqsınız. Ağır yüksüz səyahət sizə rahatlıq və azadlıq hissi verir, eyni zamanda siz diqqətinizi daha çox əlinizdəki ağır yükün daşımasına yox, səyahətinizə yönəldirmiş olacaqsınız.

10. Həftə sonları səyahət edin

Bir iş ilində təqribən 52 həftə sonu var. Bu sizə heç bir məzuniyyət götürmədən bir neçə günlük digər ölkəyə səfər etməniz üçün əla imkandır. İnanın ki, digər ölkənin mədəniyyəti ilə tanış olmağa hətta iki gün belə yetərdir.

11. Heç vaxt qorxu hissinə qapılmayın və ya özünüzü itmiş kimi qələmə verməyin. Bununla siz lazımsız diqqət cəlb edəcəksiniz

Tanımadığınız yerdə yolu itirmək və ya ümumiyyətə azmaq çox asandır. Əgər siz yolda azmısınızsa özünüzü itirmədən ən yaxın küçəyə, mağazaya və ya taksiyə yaxınlaşın. Narahat və səmtsiz insanlar oğrular üçün ideal şikardır.

12. Pulsuz gecələyə bilərsiniz

“Couch Surfing” internet resursunun köməyi ilə siz yerli sakinlərin evlərində pulsuz gecələyə və ya bir neçə gün qala bilərsiniz. Bunun üçün onlayn anket dolduraraq, sizi maraqlandıran istiqaməti seçməniz yetərdir.

13. Turistik səyahətlərlə bağlı ən yaxşı məsləhətləri yerli sakinlərdən əldə edə bilərsiniz. Ona görə də söz soruşmaqdan utanmayın

Bir qayda olaraq ən ideal bələdçilər sizin səfər etdiyiniz ölkənin yerli sakinləridir. Onların 100% turistik bələdçi kitablarını oxumağa ehtiyacları yoxdur. Belə belədçilər sizə şəhərin ən yaxşı kafe və restoranlarını da göstərə bilərlər.

14. Ticarət etməkdən, qiymət danışmaqdan çəkinməyin

Bir çox ölkələrdə, əsas da Asiya və Yaxın Şərq ölkələrinin əksəriyyətində bazarda satılan malın sabit qiyməti yoxdur. Qiymət sizin satıcı ilə bir başa dialoqunuzdan asılıdır.  Buna görə də bəyəndiyiniz malın qiymətində endirimə nail olmağa çalışın. Ancaq unutmayın ki, bu qayda bazar və yarmarkalarda keçərlidir. Mağazalarda qiymət endirimi əldə etməyə çalışmayın!

15. Səyahət zamanı gülümsəməyi unutmayın

Hətta siz səfər etdiyiniz ölkənin dilini bilmədiyiniz halda gülümsəməklə yerli xalqla daha tez dil tapacaqsınız. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır