"AZALJET" Bakı-Moskva aviareysinə aksiya keçirir
16 NOYABR

"AZALJET" Bakı-Moskva aviareysinə aksiya keçirir

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli brendi olan “AZALJET” Bakıdan Moskvaya olan uçuşlar üçün xüsusi kampaniya keçirir.

Kampaniya noyabr ayının 29-30-nu əhatə edir.

Aksiya çərçivəsində noyabrın 29-u Bakıdan Moskvaya ("Vnukovo" hava limanı), noyabrın 30-da isə Moskvadan Bakıya uçan sərnişinlər aviabileti 49 avroya ala bilərlər.

Bu qiymətlər yalnız bir istiqamət üçün müəyyən edilib.

Qeyd edək ki, noyabrın 17-dən dekabrın 15-dək bu tarifə görə daha çox sayda təyyarə reyslərindən istifadə etmək mümkün olacaq.

Mənbə:Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır