Turizm sektoruna daha bir güzəşt
17 NOYABR

Turizm sektoruna daha bir güzəşt

Sahibkarlıq fəaliyyəti üçün icazələrin sayı azaldıla bilər.

Bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə məlumat verib.

Qanun layihəsində 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 82-ci bəndinin ləğv edilməsi təklif edilir.

Qeyd edək ki, qanunda 3 nömrəli əlavədə 82-ci bənd – turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətinin akkreditasiyadan keçməsi haqqında qərarın verilməsini nəzərdə tutur.

Qanuna təklif edilən bu dəyişiklik qəbul olunsa, sahibkarlıq fəaliyyəti üçün icazələrin sayı 86-ya enəcək.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır