Paytaxtdan kənarda Yeni İl şənlikləri – QİYMƏTLƏR
18 NOYABR

Paytaxtdan kənarda Yeni İl şənlikləri – QİYMƏTLƏR

Yeni İl çoxlarının səbirsizliklə gözlədiyi bayramlardan biridir. Bəziləri özəlliyinə görə, bəziləri isə bu bayramı bir neçə günlük istirahət günlərinin olduğuna görə sevir.  Bəs, bu bayram günlərini ölkə daxili necə və harada keçirmək olar. Fins.az ölkə daxilində otellərin təşkil etdiyi yeni il bayram qiymətlərini təqdim edir.

Yeni İl tədbirlərində iştirak etmək üçün tur paketlərdən istifadə etmədən də bölgələrdə yerləşən otellərdə yeni ili qeyd edə bilərsiz. Qeyd edək ki, bəzi otellərdə hələ ki, bayram günləri üçün qala gecələri hazırlanmayıb.

“Şəki Park”otel

4 ulduzlu “Şəki Park otel”, Yeni İl gecəsi bayram tədbiri təşkil edəcək. Oteldə 3 gecə 4 gün qalmaq 1 nəfər üçün 400 manatdır. Qeyd edək ki, oteldə yeni il ərəfəsində 3 gündən az qalmaq olmaz. Göstərilən qiymətə gündə 3 dəfə yemək və qala gecəsi daxildir. 

“Qafqaz Riversida Hotel” – Qəbələ

Beş ulduzlu oteldə bir gün qalmaq 250 manatdır. Oteldə Yeni İl gecəsi qala tədbir təklif edilir. Bu qiymətə səhər yeməyi və iki nəfərlik bir otaq daxildir. 

İki nəfərlik bir otaq – 250 manat

Qala gecəsi – adambaşına – 150 manat

Qeyd edək ki, bir həftə və ya bir həftədən çox  qalmaq istəsəz,  o zaman qiymətlərdə müəyyən güzəştlər tətbiq olunur. 

“Pik Palace Hotel” – Şahdağ 

Oteldə iki nəfərlik bir otaqda gecələmək 352 manatdır. Bu qiymətə sahər yeməyi də daxildir. Yeni İl gecəsi  oteldə keçiriləcək qala gecəsində iştirak  adambaşına  420 manatdır. Tədbirdə məşhur müğənni Sevda Ələkbərzadə öz mahnılarını  ifa edəcəkdir. 

“Şamaxı Palace Hotel “

Oteldə iki nəfərlik bir otağın qiyməti 292 manatdır. Bu qiymətə gündə 3 dəfə qidalanma, spa, fitnes zal və əyləncəli  oyunlarda iştirak daxildir. Oteldə qala gecəsinin bir nəfər üçün bileti 100 manatdır. 11 yaşa qədər olan uşaqlar üçün isə 50 manatdır. 

“Qafqaz Karvansaray Hotel” – Qəbələ

Oteldə iki nəfərlik bir otağın bir günlük qiyməti 135 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. Restoranda qala gecəsi  150 manatdır. Qala gecəsində musiqili proqramlar, şən klounlar və digər əyləncəli oyunlar keçiriləcəkdir.

“Qafqaz Terma Hotel” 

Oteldə iki nəfərlik bir otağın qiyməti 175 manatdır. Bu qiymətə yalnız səhər yeməyi daxildir. Oteldə təşkil olunacaq qala gecəsinə qatılmaq üçün isə adambaşına 120 manat ödəməli olacaqsız.

“Palmalife Hotel” – Lənkaran 

Oteldə 6 gecə 7 gün iki nəfərlik bir otaqda qalmaq 360 manatdır. Bu qiymətə daxildir səhər yeməyi , spa xidmətlərindən istifadə. Qala gecəsində iştirak iki nəfər üçün 50 manatdır. Əgər azyaşlı uşaqlarınız olarsa qala gecəsi zamanı uşaqlarınız otelin baxçasında qala bilər. Baxçada da uşaqlar üçün Qar qız və Şaxta baba olacaqdır. Baxçanın xidmətindən istifadə pulsuzdur. Qeyd edək ki, oteldə qalmayanlar da qala gecəsinə qatıla bilərlər. Bunun üçün ödəniş adambaşına 30 manatdır. 

“Ramada Plaza” – Gəncə

Gəncədə Ramada Plaza  6 gecə 7 gün qalmaq 840 manatdır. Bu qiymətə iki nəfərlik bir otaq və səhər yeməyi daxildir. Qala gecəsinin menyusu hələ müəyyənləşmədiyindən yeni il tədbirinin qiymətləri  hələ ki, bəlli deyil. 

“Gəncə Karvansaray otel” 

4 ulduzlu Karvansaray  oteldə 6 gecə 7 gün iki nəfərlik bir otaqda qalmaq 264 manatdır. Bu qiymətə həmçinin səhər yeməyi və  iki nəfərin  qala gecəsində iştirakı  daxildir. 

Qeyd edək ki,travel şirkətlərinin təşkil etdiyi yeni il turlarının əksəriyyətinə otellərdə yerləşdirmə daxildir. Travel şirkətlərindən bildirildi ki, yaxın günlərdə bölgələrə yeni il tur paketlər olacaqdır. Bu tur parketlər iki, üç günü əhatə edəcək və turlar zamanı bir neçə istirahət yerlərinə səfərlər təşkil olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır