Leyla Şıxlinskayanın otelindən reportaj – QİYMƏTLƏR VƏ FOTOLAR
21 NOYABR

Leyla Şıxlinskayanın otelindən reportaj – QİYMƏTLƏR VƏ FOTOLAR

Otellər və restoranlar şəbəkəsi (DAİR) media nümayəndələri və turizm işçiləri üçün noyabrın 18-19-da Qubaya infotour təşkil edib. İnfotur iştirakçıları Qubadakı yeni rebrendinq edilmiş 4 ulduzlu  «Holiday Village» oteli ilə tanış olublar.

Bu otel Quba şəhərində, Quba Olimpiya Kompleksinin yaxınlığında, yoldan 1 kilometr məsafədə yerləşir. Otelin yaşıllıqla əhatə olunmuş böyük həyatyanı sahəsi var.

Qeyd edək ki, otelin əvvəlki adı Quba-Bərpa Spa mərkəzi olub. 

Hazırda «Holiday Village»nin qonaqları kotteclərdə, apartamentlərdə və standart otaqlarda qala bilərər. Ümumilikdə oteldə 65 nömrə var ki, burada 200-ə yaxın qonaq yerləşə bilər. Mehmanxanada hər müştəriyə uyğun otaqlar təklif olunur. Otaqların qiymətləri isə 50-150 manat arasında dəyişir.

Otaqlar

Standart Single - 50 manat

Standart Double - 60 manat

Lux(Suit) - 90 manat

Apartment Double - 70 manat

Apartment Lux (Suit) - 100 manat

VİP(family) otaqlar - 130 manat

Kottec (family) - 150 manat

Qeyd edək ki, kotteclər 3 otaqlıdır və hər iki yataq otağında iki çarpayı var, burada 7 nəfər qala bilər. Bütün otaqlar kabel tv, kondisioner və wifi ilə təchiz olunub.

Oteldə həmçinin konfrans zal (100 nəfərlik) və əyləncə sahəsi də var. Burada qonaqlar kartinqlə məşğul ola bilər, boulinq və paintboll oynaya bilərlər.

Futbol və basketbol həvəskarları üçün isə ayrıca meydança var. Qeyd edək ki, futbol, basketbol və tennis oynamaq üçün ödəniş lazım deyil. Digər əyləncə növləri kimi isə bouling və bilyarddan istifadə edə bilərsiz. Həmçinin karaoke və rəqs zalı da qonaqların ixtiyarına verilir.

Oteldə fəaliyyət göstərən restoranda isə gün ərzində istənilən yeməklərdən sifariş etmək olar. Səhər yeməyi pulsuz verilir.

Yeni İli "Holiday Villagedə" keçirmək istəyənlər isə 2 gecə 3 gün üçün 180 manat ödəməli olacaqlar. Bu qiymətə qala gecəsi də daxildir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır