Bakı aeroportunun saytı işə düşüb
21 NOYABR

Bakı aeroportunun saytı işə düşüb

Heydər Əliyev Beynəlxalq Aeroportunun www.airport.az saytı yenilənib.

Saytda təkcə dizayn yenilənməyib, həm də interaktiv servislər əlavə olunub – reysin axtarışı, itirilmiş baqaj üzrə sorğu, həmçinin hava limanının ərazisində və onun terminallarında 360 fototur. 

Bundan əlavə, sərnişinlərin rahatlığı üçün sərhəd və gömrük xidmətlərindən keçid qaydaları, transfer reyslərlə səyahət edənlər üçün məlumat, kafe və restoranlar, mövcud xidmətlər haqqında informasiya, eləcə də hava limanından paytaxt Bakıya hərəkət edən  nəqliyyat vasitələri  barədə məlumat burada toplanılıb.

Veb-saytın fəaliyyəti üzrə təkliflərinizi, eləcə də sual və iradlarınızı pr@airport.az ünvanına, həmçinin Facebook - www.facebook.com/BakuAirport , Instagram – www.instagram.com/BakuAirport və Twitter - www.twitter.com/BakuAirport   

-  sosial şəbəkələri vasitəsilə göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır