Yeni İl bayramında Moskvanı İtaliya üslubunda bəzəyəcəklər
21 NOYABR

Yeni İl bayramında Moskvanı İtaliya üslubunda bəzəyəcəklər

Moskva meriyası bu il Yeni İl bayramında şəhəri İtaliya sayağı bəzəmək qərarına gəlib. Şəhərin mərkəzi küçələri müxtəlif işıqlar və bəzək əşyaları ilə bəzədiləcək. Bu barədə Moskva şəhər meriyasının rəsmi internet səhifəsində də qeyd edilib. Qeyd edək ki, bu üslubda artıq ötən il şəhər bəzədilib. İtaliya üslubunda bəzədilmiş Moskva həm şəhər sakinlərinin həm də turistlərin xoşuna gəldiyindən bu il də şəhəri bu üslubda bəzəmək qərarına gəlinib. Şəhərin ən böyük şam ağacı isə Lyublyansk meydanında quraşdırılacaq. Şam ağacın hündürlüyü 25 metr olacaqdır. Bundan əlavə şəhərin məşhur küçələri xoruz oyuncaqları, şaxta baba və rəngli şarlarla bəzədilicəkdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır