Turistlərə yerli sakinlər bələdçilik edəcək
21 NOYABR

Turistlərə yerli sakinlər bələdçilik edəcək

"Airbnb" servisi "Trips" adlı yeni tətbiqetməni istifadəyə verib. Fins.az-ın verdiyi məlumata görə, onun köməyilə yerli sakinlər səyahətçilərə bələdçi xidməti göstərə biləcəklər.
 
"Trips" servisi turistlərə ənənəvi turist marşrutlarına maraqlı alternativ tapmağa və yerli sakinlərlə ünsiyyətdən zövq almağa yardımçı olacaq. Tətbiqetmə səyahətçilərə gedəcəkləri şəhər üzrə 200 ABŞ dollarından başlayaraq, birgünlük və ya çoxgünlük turlar təklif edir.
 
Şirkətin baş direktoru Brayan Çeksin dediyinə görə, məqsəd turistlərin şəhərin gəzməli-görməli yerlərini görmək üçün uzun növbələrdə dayanmamasını təmin etmək, oranı yerli sakinlərin gözü ilə görməsinə nail olmaqdır.
 
Qeyd edək ki, tətbiqetmə artıq Los-Anceles, San-Fransisko, London, Mayami, Tokio da daxil olmaqla, 12 şəhərdə istifadəyə verilib. 2017-ci ildən etibarən isə dünyanın 50 ölkəsində əlçatan olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır