Rusiyanın 4 aviaşirkəti Azərbaycana gəlir
22 NOYABR

Rusiyanın 4 aviaşirkəti Azərbaycana gəlir

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviatsiya”) “Nordavia” aviaşirkətinə bir sıra beynəlxalq istiqamətlər üzrə uçuşlar təşkil etmək icazəsi verib.

“Rosaviatsiya” xəbər verir ki, “Nordavia” Kipr, Slovakiya, Xorvatiya, Monteneqro və Belarusla yanaşı Azərbaycana (Lənkəran) da uçuşlar təşkil edəcək

Sank-Peterburq-Lənkəran aviareysi həftədə üç dəfə həyata keçiriləcək.

Rusiya regionlarından Azərbaycana, həmçinin “Nordwind” (Mineralnıe Vodı – Bakı, həftədə 4 dəfə), “Nordstar” (Novosibirsk – Bakı, həftədə 1 dəfə), “Uralskie avialinii” şirkətlərinə də (İrkutsk – Bakı, həftədə 5 dəfə) uçuşlar təşkil etmək icazəsi verilib.

Bundan əlavə, “Yuteyr” aviaşirkəti Samaradan Bakıya və Sankt-Peterburqdan Lənkərana olan uçuş icazəsindən imtina edib.

Mənbə:Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır